2020-ci ildə Belarusdan Azərbaycana kənd təsərrüfatı məhsullarının idxalı 10,7% artıb. "İnterfaks-Azərbaycan" agentliyinin verdiyi xəbərə görə, bu barədə Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Bu gün Belarus ilə Azərbaycan arasında ticarət sahəsində sıx əməkdaşlıq mövcuddur. 2020-ci ildə kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsi 2019-cu illə müqayisədə 5,3% artaraq $35 milyona çatıb. İxracın dəyəri $30,4 milyon (artım 10,7%), idxalın dəyəri $4,6 milyon təşkil edib", - deyə Belarusun kənd təsərrüfatı və ərzaq naziri İvan Krupko Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə videokonfrans formatında keçirilən görüşdə bildirib.
Bununla yanaşı, o qeyd edib ki, 2021-ci ilin yanvar ayında Belarusdan Azərbaycana $2,1 milyon dəyərində kənd təsərrüfatı məhsulları idxal edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5,8% çoxdur.
Görüşdə, həmçinin qeyd olunub ki, Azərbaycandan əsasən tərəvəz-bostan bitkiləri, giləmeyvə və meyvə ixrac edilir, Belarusdan idxalın əsasını isə ət-süd məhsulları və qənnadı məmulatları təşkil edir.
Bundan başqa, tərəflər Bakı ilə Minsk arasında iqtisadi-ticarət münasibətlərinin bundan sonra da inkişaf etdirilməsi, o cümlədən qarşılıqlı ticarət dövriyyəsinin artırılması və tədarük edilən kənd təsərrüfatı məhsullarının nomenklaturasının genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Həmçinin baytarlıq nəzarəti, bitkiçilik, damazlıq heyvandarlıq, aqrar təhsil və elmi potensial sahələrində qarşılıqlı fəaliyyət məsələləri də nəzərdən keçirilib.
"Belarus və Azərbaycan ərazisində keçirilən sərgi-yarmarka tədbirlərində, aqrar-sənaye sahəsində təşkil edilən forumlarda qarşılıqlı iştirakın əhəmiyyəti və səmərəliliyi qeyd edilib", - deyə məlumatda vurğulanır.
1-5 iyun 2021-ci il tarixlərində Minskdə "Belaqro-2021" sərgisi keçiriləcək. Krupko Azərbaycan tərəfini sərgidə iştirak etməyə dəvət edib.
"Öz növbəsində, Belarus müəssisələri 2021-ci ilin iyun ayında "InterFood Azerbaijan" Beynəlxalq Qida Sənayesi Sərgisində iştirak etməyi planlaşdırır", - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət