Bakcell şirkəti özünün 4G/LTE şəbəkəsinə keçmək istəyən abunəçilər üçün xüsusi kampaniya elan edib. Belə ki, 3G SİM-kartlarından istifadə edən abunəçilər “Bakcell”in istənilən müştəri xidməti mərkəzi, rəsmi və ya diler mağazasına yaxınlaşmaqla pulsuz 4G SİM kartı və 5 GB həcmində internet trafiki hədiyə alacaqlar.
“Bakcell”in 4G şəbəkəsinə keçməklə, abunəçilər ölkənin ən sürətli mobil şəbəkəsindən yararlanacaq və qarşıdan gələn Novruz bayramı günlərində yüksək sürətli Bakcell internetindən PULSUZ faydalanacaqlar. “Bakcell”in 4G xidməti gündəlik mobil internet istifadəsi üçün daha yüksək sürəti təmin edir. 4G əsasən daha sürətli, rahat və sabit texnologiya deməkdir.
Bakcell şirkətinin qurduğu ən müasir 4G şəbəkəsi abunəçilərə öz smatrfonlarının ən maraqlı funksiyalarından tam şəkildə yararlanmaq imkanı verir. Bu isə o deməkdir ki, sözügedən texnologiya sayəsində Bakcell abunəçiləri 4K kontentini izləmək və yükləmək, onlayn təhsil, konfrans və əyləncə proqramlarına ani giriş əldə etmək, HD keyfiyyətində onlayn video strimlərini izləmək və yüksək sürətli internet tələb edən digər xidmətlərdən istifadə etmək imkanına malikdirlər.
Dünyaca məşhur OOKLA şirkəti üç dəfə ardıcıl olaraq Bakcell şəbəkəsini Azərbaycanın ən sürətli mobil şəbəkəsi adlandırıb.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət