Azərbaycanın qərbində fərdi fermer təsərrüfatlarının bir hüquqi şəxsə birləşdirilməsi proseduru həyata keçirilir. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələri bildiriblər.
Martın 31-də AQTA nümayəndə heyəti ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") nümayəndə heyəti arasında videokonfrans formatında görüş keçirilib.
AQTA nümayəndələri qeyd ediblər ki, hazırda ölkənin qərb hissəsində fərdi fermer təsərrüfatlarının bir hüquqi şəxsə birləşdirilməsi proseduru həyata keçirilir ki, bu da istehsal olunan məhsulların fitosanitar vəziyyətini bütün zəncir boyunca – istixanadan idxalçıların ünvanına göndərilməsinə qədər izləməyə imkan verəcək.
"Rosselxoznadzor"un məlumatına görə, AQTA, həmçinin videomonitorinqlərin sayının gün ərzində 3-4 dəfəyə qədər artırlması xahişi ilə müraciət edib.
Rusiya tərəfi vurğulayıb ki, videomonitorinqlərin aparılma tezliyini deyil, keyfiyyətini əsas tutur, lakin onların sayının artırılmasını nəzərdən keçirməyə hazırdır.
Bundan başqa, tərəflər Azərbaycan müəssisələrinin AQTA-nın zəmanəti ilə istehsal sahələrindən Rusiyaya pomidor tədarük etməsinə videomonitorinqlər aparılmadan icazə verilməsi imkanlarını müzakirə ediblər. “Rosselxoznadzor” bu ərazilərdə zərərvericinin olmadığını təsdiqləyən sənədləri aldıqdan sonra Azərbaycan tərəfinin təklifinə baxmağa hazır olduğunu bildirib.
“Dialoqun digər mövzusu iki ölkənin fitosanitariya sahəsindəki informasiya sistemlərinin inteqrasiyası ilə bağlı olub. Tərəflər bu işin əhəmiyyəti barədə razılığa gəlib və texniki mütəxəssislər səviyyəsində dialoqun aparılmasının vacibliyini qeyd ediblər”, - deyə məlumatda bildirilir.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət