Dünya Bankı Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası işlərində iştirak etməyə hazırdır. Bunu bankın Bakı ofisinin rəhbəri Sara Maykl deyib.
“Bu, Prezident İlham Əliyevlə müzakirə etdiyimiz məsələlərdən biri olub. Münaqişələrdən sonra bərpa və inkişafın dəstəklənməsi fəaliyyətimizin əsas sahələrindən biridir. Biz prezidentə bildirdik ki, zərər çəkmiş ərazilərin bərpa olunmasında iştirak etməkdən hökumətlə bu istiqamətdə əməkdaşlıq etməkdən məmnun olarıq”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Maykl qeyd edib ki, Azərbaycan Prezidenti ilə görüşdə əsasən infrastruktur xarakterli məsələlər, həmçinin azad edilmiş torpaqların inteqrasiyası ilə yarana biləcək ticarət imkanları müzakirə olunub.
“Biz bölgədəki ehtiyacları və bir neçə potensial istiqaməti müzakirə etdik. Bunlar əsasən, insanların yaşayışı üçün şəraitin (tibbi xidmətlərə, təhsilə çıxış), yaşayış yerlərinin, iş yerlərinin, sağlam ətraf mühitin yaradılmasına yönəlmiş infrastruktur xarakterli tələbatlar idi. Həmçinin regionda kommunikasiyaların açılmasından sonra yaranacaq yeni ticarət imkanları (həm regionun Azərbaycan iqtisadiyyatına inteqrasiyası, həm də ticarət və logistikanın regional və dünya miqyasında inkişafı, yeni ticarət yollarının yaradılması baxımından) müzakirə olunub. Bunun sayəsində Azərbaycan nəqliyyat mərkəzinə çevrilmək üçün bütün imkanlara malikdir və bu, ölkənin güclü inkişafına xidmət edəcək”, - deyə o əlavə edib.
Sara Maykl ilə müsahibənin tam mətni www.intefax.az saytında dərc olunub.*
Ə.Məmmədov
2022-ci ildə Aİ ölkələri Azərbaycandan qaz alışına 15,6 milyard avro sərf ediblər
Yanvar-fevral aylarında Azərbaycanda yük daşımalarının həcmi 7%-dək artıb
Azərbaycanda COVID-19-a 6 yoluxma faktı qeydə alınıb
“ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 400 milyon manatdan çox vəsait qaytarılıb
Ordubadın icra başçısı vəzifəsindən azad edilib
Paşinyan və Blinken Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasını müzakirə ediblər
Qriqoryan KTMT baş katibini Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumatlandırıb
İrəvan Bakıya sülh müqaviləsi layihəsi ilə bağlı şərhlərini təqdim edəcək
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding “YAŞAT” Fonduna 500 min manat vəsait ayırıb
Birbank Visa kartları ilə xaricdəki ödənişlərə 2% keşbek hesablanacaq
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək