Türkiyənin müdafiə naziri Hulusi Akar bəyan edib ki, Ankara və Bakı Azərbaycan Ordusunun modernizasiya edilməsi üçün “Yol xəritəsi”nin reallaşdırılmasına başlayıb. Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
“Biz Azərbaycan Ordusunun dövrün tələblərinə uyğun yenidən qurulması, modernizasiya edilməsi və iki qardaş ölkənin silahlı qüvvələrinin gələcəkdə də birlikdə fəaliyyət göstərməsi üçün “Yol xəritəsi” hazırlamışıq və reallaşdırılmasına başlamışıq”, - deyə o bildirib.
Nazir vurğulayıb ki, 2021-ci ilin əvvəlindən keçirilən iki birgə hərbi təlim Silahlı Qüvvələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib. “Türkiyə və Azərbaycan öz mənafeyini, sabitliyini qorumaq əzmindədir və bunu hər kəs bilməlidir”, - deyə H.Akar əlavə edib.
Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında həyatın ən qısa zamanda normallaşmasının vacibliyini vurğulayan müdafiə naziri qeyd edib: “Bunun üçün bölgənin təhlükəsizliyi vacibdir. İşğaldan azad edilmiş ərazilər mütləq minalardan təmizlənməlidir. Bunun üçün əməkdaşlarımızı ora göndərdik, hazırda onlar işləyirlər. İnşallah, ən qısa zamanda oralarda təmizləmə işləri başa çatdırılıb həyatın normallaşmasına töhfə veriləcək”.*
N.Abbasova
Nazir: I rübdə BTQ ilə yük daşımaları iki dəfəyə qədər artıb
MİDA Hövsan-2 yaşayış kompleksində qaz sayğaclarının alınıb quraşdırılması üçün şirkət seçir
“Buta Airways” aprelin 23-dən Bakıdan “Jukovski” aeroportuna xüsusi reyslər həyata keçirəcək
Azərbaycanda COVID-19-a yoluxma hallarının sayında azalma qeydə alınıb, 33 nəfər vəfat edib
Gəncə Şəhər İH bir sıra obyektlərin tikintisinə 19 milyon manata yaxın vəsait yönəldəcək
Prezident Əliyev Abşeron rayonunda bir sıra sosial obyektlərin açılışında iştirak edib
DB: Qarabağda kommunikasiyaların açılması Azərbaycanı nəqliyyat mərkəzinə çevirəcək
Böyük Britaniya üçün Azərbaycan ən perspektivli tərəfdaşlardan biridir
Vüsal Qasımlı: Qarabağda tikinti bumu bütün iqtisadiyyatı canlandıra bilər
SOCAR-da Vizualizasiya Mərkəzinin açılışı olub
Onlayn təhsil “Nar”ın “TƏHSİL+” internet paketi ilə daha rahatdır!
Azexport “Baku Transit Forum 2021: Smart City” adlı beynəlxalq forum təşkil edəcək
Azərbaycan hökuməti payızda “Dayanıqlı İnkişafa dair İkinci Bakı Forumu”nun təşkilini planlaşdırır
Rusiya mətbuatı: Dağlıq Qarabağ: xunta özündən sonra nə qoyub?