"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC iki yeni terminalın tikintisini planlaşdırır. Bu barədə Bakı Limanının baş direktoru Taleh Ziyadov bəyan edib.
“Türkmənistandan mineral tərkibli məhsulların (karbamid və gübrə) ixracatının artması, Qazaxıstanın isə böyük taxıl ixracının olmasını nəzərə alaraq Azərbaycanda mineral məhsullar və taxıl terminallarının inşası planlaşdırılır”, - Ziyadov çərşənbə günü Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə onlayn görüş zamanı bildirib.
Hazırda limanın 4 terminalı var (3-ü Ələtdə və Dübəndidə bir neft terminalı - İF). Beləliklə, onların ümumi sayı 6-dək artacaq.
Həmçinin, Ziyadov məlumat verib ki, hazırda Bakı Limanının yaxın iki illik inkişaf strategiyası hazırlanır.
Onun sözlərinə görə, son 5 il ərzində TIR-ın aşırılmasında 5 dəfə, konteynerlərdə 3 dəfə, quru yük terminalında aşırılan yüklərin həcmində isə 3,5 dəfə artım qeydə alınıb.
“2020-ci ildə COVID-19 pandemiyasına baxmayaraq, Bakı Limanının ticarət dövriyyəsi 20 % artıb. Həmin ildə aşırılan iri həcmli nəqliyyat vasitələrinin (TIR) və konteynerlərin sayı isə son 30 ilin rekord səviyyəsində olub. Hesabat dövründə TIR-ın sayı keçən ilin müvafiq dövrünə nisbətən 28 % artaraq 43 218 ədəd olub. Aşırılan konteynerlərin sayında isə 15 % artım qeydə alınıb və TEU ekvivalentində 40 345 konteynerə çatıb. Quru yük terminalında aşırılan yüklərin həcmi isə 2,8 dəfə artaraq 711,7 min ton təşkil edib”, - Ziyadov bildirib.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi Ələt qəsəbəsində 400 hektar ərazidə həyata keçirilib. Hazırda burada bərə terminalı və tikinti işlərinin birinci mərhələsi çərçivəsində istifadəyə verilən Ro-Ro terminalı fəaliyyət göstərir. Limanın aşırma gücü 15 milyon quru yük və 100 min konteyner təşkil edir.
İkinci mərhələ başa çatdıqdan sonra limanın aşırma gücü 17 milyon ton yük və 150 min konteynerə qədər artacaq. Tikintinin üçüncü mərhələsi tamamlandıqdan sonra yeni liman 25 milyon ton yük və 1 milyon TEU konteyneri aşırma gücünə malik olacaq.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət