“YAŞAT” Fondunun rəhbəri, Qarabağ müharibəsi veteranı Elvin Hüseynov Caspian Energy Club-ın təşkil etdiyi ənənəvi “Online B2G Forum”da iştirak edib. Forum çərçivəsində “YAŞAT” Fondunun fəaliyyəti, Caspian Energy Club üzvlərinin aktual sual və təklifləri müzakirə olunub.
Bu barədə Caspian Energy Club-ın sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda Şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra Elvin Hüseynov “YAŞAT” Fondunun yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və Şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılıb.
Telman Əliyev şirkətləri “YAŞAT” Fonduna maksimal dərəcədə dəstək olmağa çağırıb. O, bildirib ki, şirkətlər fonda ianə etməklə yanaşı, Şəhid ailələri və Qarabağ müharibəsi veteranlarına mənəvi dəstəklərini də göstərməlidirlər.
Elvin Hüseynov daha sonra isə “Online B2G Forum” iştirakçılarının suallarını cavablandırıb. Telman Əliyev açıq və səmimi dialoqa görə Elvin Hüseynovatəşəkkür edib. O, həmçinin, təklif edib ki, “YAŞAT” Fondu və Caspian Energy Club arasında ikitərəfli birgə işçi qrupu yaradılsın. İşçi qrup çərçivəsində Caspian Energy Club-ın hər üzvü öz fəaliyyət çərçivəsindən asılı olaraq Şəhid və Qarabağ müharibəsi veteranlarının ailələrinə mənzil və evlərinin təmirində, qida, geyim və tibbi ləvazimat təminatında dəstək olacaq.
Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-ın əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-ın Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət