2021-ci ilin I rübündə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu dəhlizi ilə yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,98 dəfə artıb. Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib.
“Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşımaları ötən ilin birinci rübündə 78 min tona qarşı 2021-ci ilin müvafiq dövründə 154,836 min ton (artım 1,98 dəfə) təşkil edib”, - deyə Karaismailoğlu “Anadolu” agentliyinə müsahibəsində bildirib.
Nazir vurğulayıb ki, dəmir yolu ilə yük daşımaları ildən ilə daha böyük əhəmiyyət kəsb edir.
Onun sözlərinə görə, Türkiyə Gürcüstan, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Tacikistan, eləcə də Rusiya və Çinə konteyner daşımaları həyata keçirir.
“Dost və qardaş ölkələrlə əməkdaşlıq çoxsaylı perspektivli layihələrin reallaşdırılmasına imkan yaradır. Bakı-Tbilisi-Qars dəmir yolu əsas örnəklərdən biri olaraq qalır”, - deyə Karaismailoğlu vurğulayıb.
O qeyd edib ki, bu yaxınlarda Süveyş kanalında baş vermiş böhran Türkiyədən keçən Orta dəhlizin əhəmiyyətini bir daha nümayiş etdirib.
Nazir xatırladıb ki, 2020-ci ildə BTQ və Orta dəhlizlə yük daşımalarının həcmi 2019-cu illə müqayisədə 104% artaraq 396,778 min tona çatıb.
“BTQ dünyada dəmir yolu daşımaları üçün yeni istiqamət oldu. Koronavirus pandemiyası fonunda BTQ və Orta dəhliz vasitəsilə yük daşımalarına tələbat əhəmiyyətli dərəcədə artıb”, - deyə Karaismailoğlu əlavə edib.
Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da istismara verilib. Layihə 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisindən keçən 98 kilometr uzunluğunda Qars-Axalkalaki dəmir yolunun tikintisi, həmçinin Gürcüstanda 183 kilometrlik Axalkalaki-Tbilisi hissəsinin yenidən qurulmasından ibarət olub. Gürcüstan hissəsinin tikintisi bu ölkəyə ümumilikdə $775 mln. məbləğində iki güzəştli kredit ayırmış Azərbaycan tərəfindən maliyyələşdirilib.
BTQ-nin ümumi uzunluğu 826 km-dir.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət