Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu Caspian EnergyClub-ın təşkil etdiyi beşinci “Brand Award Azerbaijan” milli mükafatının rəsmi tərəfdaşı qismindəçıxış edəcək.Caspian Energy Club-ın sədri və baş icraçı direktoru Telman Əliyevqeyd edibki, “Brand Award Azerbaijan” müsabiqəsinin əsas məqsədi yerli brendlərin tanınmasına,kiçik və orta biznesə bu istiqamətdə dəstək verməkdir. O, həmçinin bildirib ki, “Brand Award” və “Brand Award Azerbaijan” ticarət nişanları dünyanın 50 ölkəsindəCaspian Energy Club-a məxsusdur.
Telman Əliyev: ” AZPROMO beynəlxalq sərgi və forumlarda iştirak edərək Azərbaycan brendlərinin tanıtımına xüsusi diqqət ayırır. Caspian Energy Club və AZPROMO arasında sıx əməkdaşlıq mövcuddur. Caspian Energy Club üzvləri AZPROMO-nun fəaliyyətindən çox razıdır və bu əməkdaşlığa görə quruma təşəkkürümüzü bildiririk.” – deyə vurğulayıb.
Qeyd edək ki, “Brand Award Azerbaijan” milli müsabiqəsində Azərbaycanın yerli korporativ, xidməti və məhsul brendləri arasında 2021-ci ilin ən tanınan 50 brendi seçilərək mükafatlandırılacaq. Səsvermə 26 aprel – 23 may tarixində “www.brandaward.az” saytında keçiriləcək. Mükafatın təqdimetmə mərasimi isə onlayn formatda 1 iyun tarixində baş tutacaqdır.
“Brand Award Azerbaijan” milli müsabiqəsində qalib gələn 50 brend, həmçinin, dünyanın müxtəlif ölkələrində təşkil olunan milli və regional “Brand Award” müsabiqələrin qalibləri 2021-ci ilin sonunda yekun “Brand Award International” müsabiqəsində iştirak etmək imkanı əldə edəcəklər.
Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-ın əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-ın Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət