Azərbaycan Ukraynadan aviareyslərin sayına qoyulan məhdudiyyətləri aradan qaldırmağa hazırdır. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Ukrayna İnfrastruktur Nazirliyi məlumat yayıb.
Ukraynanın infrastruktur naziri Vladislav Krikli Bakıya rəsmi səfəri çərçivəsində Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevlə danışıqlar aparıb və iki ölkə arasında müxtəlif infrastruktur istiqamətləri üzrə əməkdaşlığın perspektivlərini müzakirə edib”, - deyə məlumatda bildirilir.
Krikli Ukrayna tərəfinin Azərbaycanla nəqliyyat sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.
"Bu gün məhz nəqliyyat xidmətləri Ukrayna ilə Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əsas mövqelərdən birini tutmağa davam edir. Buna görə də ikitərəfli və tranzit daşımaları üçün rahat şəraitin yaradılması bizim ümumi məqsədimizdir. Məhsuldar əməkdaşlığın və səmərəli dialoqun davam etdiriləcəyinə ümid edirəm”, - deyə o vurğulayıb.
Nazirlər Avropa-Asiya istiqamətində yüklərin daşınması üçün əsas dəmir yolu marşrutları üzrə və “İpək Yolu iqtisadi kəməri” təşəbbüsünün həyata keçirilməsi çərçivəsində (Qara dəniz və Xəzər dənizi limanlarından istifadə etməklə Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Ukrayna-Avropa ölkələri istiqamətində) əməkdaşlığın perspektivlərini də müzakirə ediblər.
Tərəflər, həmçinin hava və avtomobil nəqliyyatı ilə daşımalar sahəsində əməkdaşlığın perspektivlərini də müzakirə ediblər. Azərbaycan tərəfi aviareyslərin sayı ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasına və Ukrayna Dövlət Aviasiya Xidmətinin sorğusuna müsbət baxılmasına hazır olduğunu bildirib. Bununla yanaşı, Azərbaycan tərəfi aviadaşıyıcıların sayı üzrə məhdudiyyətləri 2022-ci ilin yayına qədər aradan qaldırmağa hazır olacaq”, - deyə nazirlik qeyd edir.
Görüş zamanı Krikli Ukraynada perspektivli infrastruktur layihələrinin həyata keçirilməsində azərbaycanlı investorların rolunu və bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
"Hazırda perspektivli nəqliyyat və infrastruktur layihələrinin həyata keçirilməsi üçün böyük potensial var ki, bu da iqtisadi-ticarət münasibətlərimizi daha da gücləndirəcək. Biz Azərbaycan şirkətlərini Ukraynada irimiqyaslı layihələrin həyata keçirilməsində iştirak etməyə dəvət edirik. Ümid edirəm ki, bu maraq qarşılıqlı olacaq”, - deyə o qeyd edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət