2021-ci ilin birinci rübü ərzində Azərbaycan 6 milyard 165 milyon 450,44 min kubmetr bəyan edilmiş qaz ixrac edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,4 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“2021-ci ilin yanvar-mart aylarında respublikadan $867 milyon 67,72 min dəyərində bəyan olunmuş qaz ixrac edilib (artım 5,4 dəfə). Hesabat dövründə Azərbaycandan ixracın ümumi həcminin 20,95%-i qaz ixracının payına düşüb”, - Komitədən bildirilir.
Məlumata görə, 2021-ci ilin birinci rübündə qaz ixracının ümumi həcmində Türkiyəyə $548 milyon 955,64 min məbləğində 4 milyard 118 milyon 611,23 min kubmetr, Gürcüstana - $203 milyon 954,3 min məbləğində 1 milyard 494 milyon 258,33 min kubmetr tədarük olunub.
2021-ci ilin yanvar-mart aylarında İtaliyaya $89 milyon 911,14 min məbləğində 435 milyon 14,35 min kubmetr, Yunanıstana $16 milyon 212,32 min məbləğində 57 milyon 848,05 min kubmetr, Bolqarıstana $8 milyon 34,33 min məbləğində 59 milyon 718,48 min kubmetr qaz tədarük olunub.
Azərbaycan 2020-ci il dekabrın 31-də Avropaya qaz tədarükünə başlayıb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət