2021-ci ilin yanvar-fevral aylarında Azərbaycana 22,702 min ton buğda idxal edilib ki, bu da 2020-ci ilin yanvar-fevral aylarının göstəricisindən 0,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $21 milyon 511,1 min (artım 4,1%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $15 milyon 646,9 min dəyərində (artım 3,3 dəfə) 35,932 min ton şəkər xammalı və şəkər (artım 2,5 dəfə), $21 milyon 396,3 min dəyərində (azalma 0,6%) 16,346 min ton bitki yağı (azalma 33,7%), $7 milyon 283,2 min dəyərində (azalma 19,4%) 1,92 min ton çay (azalma 17,6%), $9 milyon 483,8 min dəyərində (azalma 12,2%) 1,937 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (azalma 12,2%) idxal edilib.
Eyni zamanda, yanvar-fevralda respublikaya $4 milyon 746,3 min dəyərində (azalma 24%) 1,357 min ton iribuynuzlu heyvan əti (azalma 19,8%), $4 milyon 71,7 min dəyərində (azalma 25,9%) 3,796 min ton quş əti və quş əti məhsulları (azalma 25,9%) idxal edilib.
Hesabat dövründə Azərbaycana $6 milyon 383 min dəyərində (artım 2,8 dəfə) 13,296 min ton tərəvəz (artım 3,2 dəfə), $10 milyon 417 min dəyərində (azalma 11,7%) 41,761 min ton kartof (azalma 4%) idxal edilib.
Yanvar-fevralda ölkədən $17 milyon 361,5 min dəyərində (azalma 39,5%) 16,591 min ton tərəvəz (azalma 27,6%), $52 milyon 588,4 min dəyərində (artım 13,7%) 49,3 min ton meyvə (artım 25,4%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $4 milyon 874,8 min dəyərində (artım 2,4 dəfə) 9,742 min ton şəkər (artım 1,9 dəfə), $2 milyon 105,9 min dəyərində (artım 9,6%) 1,84 min ton bitki yağı (azalma 26,3%) ixrac edilib.
2021-ci ilin yanvar-fevral aylarında Azərbaycan $2 milyon 301,4 min dəyərində (аrtım 24,6%) 1,975 min ton meyvə və tərəvəz şirələri (artım 33,9%), $396,4 min dəyərində (artım 8,4%) 37,4 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (artım 1,9 dəfə), $1 milyon 69,1 min dəyərində (azalma 42,7%) 1,026 min ton meyvə və tərəvəz konservləri (azalma 15,3%), $288,1 min dəyərində (azalma 77%) 165,3 ton tütün (azalma 70,4%) ixrac edib.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət