Britaniyanın “Anglo Asian Mining” şirkəti (AAM - Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator) 2021-ci ildə qızıl hasilatının 5%-dən 15,6%-ə qədər azalacağını gözləyir. Bu barədə şirkətin məlumatında deyilir.
“2021-ci ildə şirkət Azərbaycanda qızıl hasilatını 48-54 min unsiya səviyyəsində proqnozlaşdırır (2020-ci ildə faktiki qızıl hasilatı 56,864 min unsiyaya bərabər olub), azalma 5%-dən 15,6%-ə qədər təşkil edəcək. Qızıl hasilatının daha az həcmdə proqnozlaşdırılması hasilatın yalnız “Gədəbəy” və “Qədir” yataqlarından həyata keçiriləcəyi ilə əlaqədardır, çünki “Uğur” yatağının ehtiyatları artıq tükənib”, - deyə məlumatda bildirilir.
Cari ildə ölkədə 2,5-2,8 min ton mis hasil edilməsi planlaşdırılır, ötən il faktiki hasilat 2,591 min ton təşkil edib.
Şirkətin 2021-ci ildə Azərbaycanda qiymətli metal hasilatı üzrə proqnozu 64-72 min unsiya qızıl ekvivalenti (GEO) təşkil edir. 2020-ci ildə faktiki hasilat göstəricisi 67,249 min unsiya təşkil edib. Beləliklə, 2021-ci ildə şirkət hasilatı 4,8% azalda və ya 7,1% artıra bilər.
Proqnozda 2021-ci il ərzində yenidən bərpa olunmuş müqavilə sahələrində (Qarabağda - İF) hasilatın həyata keçirilməməsi nəzərə alınır.
“Bu il biz yalnız “Gədəbəy” karxanasında və “Gədəbəy” və “Qədir” yeraltı mədənlərində hasilat işləri aparacağıq. Buna görə qızıl istehsalının az olacağı gözlənilir, çünki 2020-ci ildə ehtiyatları tükənən “Uğur” yatağından hasilat həyata keçirilməyəcək. Lakin biz mis istehsalının artmasını gözləyirik. Bundan əlavə, biz geoloji-kəşfiyyat proqramını davam etdiririk və 2022-ci ildə yeni “Avşanclı” yatağında hasilata başlamaq imkanını səbirsizliklə gözləyirik”, - deyə şirkətin icraçı direktoru Reza Vəziri bildirib.
O qeyd edib ki, şirkət “Zəfər” yatağının ehtiyatlarının və Qarabağdakı 3 müqavilə sahəsinin potensialının qiymətləndirilməsini davam etdirir.
2020-ci ildə şirkət Azərbaycanda 56,864 min unsiya qızıl (2019-cu illə müqayisədə azalma 18,9%), 2,591 min ton mis (artım 17,2%) və 122,962 min unsiya gümüş (azalma 22,8%) hasil edib.
Hazırda “Anglo Asian Mining” qiymətli metal hasilatını “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən həyata keçirir.
Azərbaycan 1997-ci il avqust ayının 21-də 6 yatağın işlənməsini nəzərdə tutan müqavilə imzalayıb. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. Müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl hasilatı planlaşdırılır.
İlk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə “Gədəbəy” yatağından başlanılıb. “Qoşa” yatağından qızıl hasilatı 2013-cü ilin III rübündən həyata keçirilir. 2015-ci ilin yayında şirkət “Qədir” yatağından, 2017-ci ilin sentyabr ayından isə “Uğur” yatağından qızıl hasilatına başlayıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət