Ukrayna Prezidenti Ofisinin rəhbərinin müavini İqor Jovkva və Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev COVID-19 pandemiyası ilə mübarizə məsələlərini və Ukraynanın şərqində təhlükəsizliklə bağlı vəziyyəti müzakirə ediblər. Bu barədə Ukrayna Prezidenti Ofisinin mətbuat xidməti məlumat yayıb.
“Jovkva ölkənin şərqində təhlükəsizliklə bağlı vəziyyətdən, eləcə də Ukraynanın sülhün təmin edilməsi istiqamətində səylərindən danışıb. Söhbət zamanı müvəqqəti işğal edilmiş Krımdakı vəziyyətə də toxunulub. Ofis rəhbərinin müavini Ukraynanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəklədiyinə görə Azərbaycana təşəkkür edib”, - deyə məlumatda qeyd olunur.
Öz növbəsində, Hacıyev Ukraynanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə dəstək olaraq tutduğu qətiyyətli mövqeyə görə minnətdarlığını bildirib.
“Jovkva və Hacıyev, həmçinin cari ildə yüksək səviyyəli ikitərəfli dialoq üzrə gələcək tədbirlərlə bağlı fəaliyyəti koordinasiya ediblər”, - deyə məlumatda bildirilir.*
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət