GoldenPay şirkəti elan edir ki, səhmdarları strukturunda 20% səhm payının yeni səhmdar tərəfindən alınması nəticəsində dəyişiklik baş verib.
Şirkətin səhmdarları strukturuna yeni səhmdarın qoşulması bir tərəfdən şirkətin cari fəaliyyətinə və gələcək inkişaf perspektivlərinə yüksək inamı əks etdirir, digər tərəfdən isə şirkətin inkişafı üçün yeni imkanlar yaradır.
Öncə şirkətin 20% səhm payına malik olan Fərid İsmayılzadə səhmlərini tam olaraq sataraq şirkətin səhmdarları strukturundan və Müşahidə Şurasından çıxıb. Müşahidə Şurasının yeni üzvü Orxan Bağırov təyin edilib.
GoldenPay şirkəti Fərid İsmayılzadənin şirkətin yarandığı gündən inkişafındakı töhfəsini yüksək qiymətləndirir, ona təşəkkürünü bildirir və gələcək fəaliyyətində uğurlar arzu edir.
“Şirkətdən ayrılmaq asan deyildi, lakin məni qane edən cəlbedici təklifi və resurslarımın Amerikada yeni layihələrimə yönəldilməsi imkanlarını dəyərləndirib, səhmlərimi tam olaraq satdım. Bütün həmkarlara, tərəfdaşlara və müştərilərə ötən illərdə əməkdaşlıq üçün təşəkkür edirəm və uğurlar arzu edirəm,” deyə Fərid İsmayılzadə bildirib.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az – Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta və sair xidmətlərin alışı / ödənişi mümkündür.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət