2021-ci ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolaları 45,79 milyon manat - 2 milyard 85,73 milyon manata qədər artıb.
Dövlət Vergi Xidməti tərəfindən çərşənbə günü yayılan məlumata əsasən, vergi daxilolmaları üzrə plan 121,1% icra olunub.
Yanvar-mart aylarında vergi daxilolmalarının 72,4%-i qeyri-neft-qaz sektorunun, 27,6%-i neft-qaz sektorunun payına düşüb. Qeyri-neft-qaz sektorunun xüsusi çəkisi ötən ilin birinci rübü ilə müqayisədə 3,7% artıb.
Xüsusilə, qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 1 milyard 510,8 milyon manat təşkil edib (artım 7,8%), proqnoz 116,2% icra olunub.
Həmçinin, neft-qaz sektorundan daxilolmalar 574,9 milyon manat təşkil edib, proqnoz 136,2% icra olunub.
DVX-nin məlumatına əsasən, 2021-ci ilin birinci rübü ərzində sosial sığorta haqları üzrə daxilolmalar 895,3 milyon manat (artım 9,6%), işsizlikdən sığorta haqları üzrə daxilolmalar - 30,3 milyon manat təşkil edib (artım 9.8%). Proqnozlar müvafiq olaraq 113,6% və 110,9% icra edilib.
Bundan başqa, birinci rübdə vergi orqanları tərəfindən icbari tibbi sığorta haqları üzrə 112,3 milyon manat toplayıblar, bu da proqnozdan 25,5 milyon manat çoxdur. **
Ə.Məmmədov
Baş Prokurorluq: Azərbaycan Ordusunun hərbi qulluqçusunun ölümündə şübhəli bilinən şəxs tutulub
Əliyev Azərbaycan ilə CAR arasında iqtisadi-ticari əməkdaşlığın genişləndiriləcəyinə ümidvardır
DTA “Basqal” Qoruğuna mediatur təşkil edib
“Azərsu” Gəncə şəhərinin su təchizatı sisteminin yenidən qurulmasına 49,5 milyon manat yönəldəcək
Ermənistan Azərbaycanla sərhəddə 3 nəzarət-buraxılış məntəqəsi yaratmaq istəyir
Gəncə MKT şəhər yollarının əsaslı təmirinə 4 milyon manat yönəldəcək
Ermənistanın müdafiə naziri Moskvada Şoyqu ilə görüşməyi planlaşdırır
“Severstal” Azərbaycanda SOCAR və digər şirkətlərlə əməkdaşlığı genişləndirməyə ümid edir
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
“Nar” Quba və Mingəçevirdəki abunəçilərinin görüşünə gəlir!
Sentyabrın əvvəlində Bakıda “ADEX” Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək
İyunun sonunda Bakıda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dair müzakirələr aparılacaq