“Fitch Ratings” Beynəlxalq reytinq agentliyi “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin uzunmüddətli emitentin defolt reytinqini “B-”dan “B” səviyyəsinə, dayanıqlıq reytinqini “b-”dan “b”-yə qədər yüksəldib.
Agentliyin məlumatında qeyd olunur ki, bankın reytinq proqnozu “Pozitiv”də təsdiq olunub.
“Reytinqin yüksəldilməsi bankın hecləşdirilməyən qısa açıq valyuta mövqeyi ilə əlaqədar risklərin azalmasını əks etdirir, hansı ki, buna xamyaraq, əvvəlki kimi, ABB-nin fəaliyyətinin nəticələri və kapitallaşmasına təsir edir”, - məlumatda qeyd olunur.
“Fitch” vurğulayır ki, bankın açıq valyuta mövqeyi 2020-ci il martın sonuna $0,8 milyarddan 2021-ci il martın sonuna $0,5 milyarda qədər azalıb, bu da kapitalın 77%-ni təşkil edir. Agenlik hesab edir ki, ABB-nin kapital buferi ciddi valyuta şokuna qarşıdurmaq üçün kifayətdir.
“ABB-nin reytinqinin proqnozu növbəti 12-18 ay ərzində bankın açıq valyuta mövqeyini kapitalın həcmindən daha çox – 25-30%-dək azalması ilə bağlı gözləntilərimizi əks etdirir. Bu gözlənti son 3 il ərzində açıq valyuta mövqeyinin tədricən azalması və mənfəətin stabil saxlanması hesabına əlavə kapitalın mümkün artımına dair hesabatlara əsaslanır. ABB-nin kredit profilinin digər aspektləri əsasən “B+“ reytinqinə uyğundur”, - “Fitch”in məlumatında deyilir.
“Fitch” ABB-nin aktivlərinin keyfiyyətini məqbul hesab edir, son 2 il ərzində bankın yüksək gəlirliliyini, kapitalın iri ehtiyatları və likvidliyini qeyd edir.
“Valyuta riskləri birinci səviyyəli kapitalın iri ehtiyatları və məcmu kapitalı hesabına yumşalır. 2021-ci il martın sonuna kapital ehtiyatlarının və məcmu kapitalının adekvatlıq əmsalı müvafiq olaraq 30% və 29% təşkil edir”, - məlumatda deyilir.
“Azərbaycan Beynəlxalq Bankı” ASC 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 95,59% təşkil edir. Bütövlükdə, kapitalda 99,66% pay dövlətə məxsusdur.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət