2021-ci il aprelin 1-ə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri cari ilin əvvəlinə nisbətən 1,84% azalaraq $42 milyard 761,3 milyona bərabər olub. Bu barədə ARDNF-nin mətbuat xidmətindən məlumat verilib.
Aktivlərin həcminin azalmasına səbəb qızılın qiymətinin düşməsi və investisiya portfelinin tərkibində yer alan əsas valyutaların məzənnələrinin ABŞ dollarına qarşı zəifləməsi olub.
2021-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin büdcə gəlirləri 3 milyard 182,1 milyon manat, mənfəət neftinin və qazın satışından 1 milyard 696,6 milyon manat, bonus ödənişləri 765,9 milyon manat, tranzit gəlirləri 5,6 milyon manat təşkil edib. Ötən rüb ərzində fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 714 milyon manata bərabər olub ki, bu da ümumi gəlirlərin 22,44%-ni təşkil edir.
Yanvar-mart ayları ərzində ARDNF-nin xərcləri 2 milyard 519,9 milyon manat təşkil edib.
Cari ilin yanvar-mart ayları ərzində ARDNF-nin 2021-ci il büdcəsinin icrası çərçivəsində 2 milyard 513,7 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 0,7 milyon manat vəsait yönəldilib, fondun idarə edilməsi ilə bağlı xərclər 5,5 milyon manat təşkil edib.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 2 milyard 27,5 milyon manat təşkil edib.
ARDNF-də neft müqavilələrinin reallaşdırılmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət