Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və “Halliburton” şirkətinin Qərbi Xəzər regionu üzrə vitse-prezidenti Kolton Tomas, Biznes Əlaqələri üzrə baş menecer Xose İnciarte arasında görüş keçirilib. Görüşün əsas məqsədi tərəflər arasında gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.
Qonaqları salamlayan Elmar Qasımov Ali Məktəbin fəaliyyətinin əsas istiqamətlərindən danışıb, BANM-ə ölkənin ən intellektual gənclərinin qəbul olduğunu və Ali Məktəbin Prezident təqaüdçülərinin sayına görə ölkə reytinqində ilk sıralarda qərarlaşdığını diqqətə çatdırıb.
E.Qasımov həmçinin məzunların böyük əksəriyyətinin aparıcı yerli və transmilli şirkətlərdə yüksək pozisiyalarda çalışdığını qeyd edib. Həmin şirkətlər arasında “Halliburton” şirkətinin də olduğunu vurğulayan rektor bu səmərəli əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə əminliyini ifadə edib.
“Halliburton” şirkətinin Qərbi Xəzər regionu üzrə vitse-prezidenti Kolton Tomas BANM-lə əməkdaşlığa şirkət tərəfindən böyük önəm verildiyini qeyd edib və Ali Məktəbin tələbələrinin təcrübə proqramı dövründə çox fəal olduqlarını, məzunlarının isə özlərini perspektivli gənc mütəxəssislər kimi sübut etdiklərini bildirib.
Kolton Tomas həmçinin şirkətin BANM-lə əməkdaşlıq əlaqələrinin güclənməsində çox maraqlı olduqlarını vurğulayıb.
Görüşdə bu il keçiriləcək Yay Təcrübə Proqramına daha çox BANM tələbələrinin cəlb olunması müzakirə olunub. Eyni zamanda, onlayn olaraq təcrübə təşkil olunması təklif olunub. “Halliburton” şirkətinin dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən top menecerlərin tələbələr qarşısında spiker kimi çıxışı etməsi də müzakirə mövzusu olub.
İlk dəfə Bakı Ali Neft Məktəbində olan Kolton Tomas Ali Məktəbdə yaradılan təlim-tədris mühiti ilə yaxından tanış olub.
Yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsi məhdudlaşdırılır
2022-ci ildə “İpək Yolu Sığorta”nın xalis mənfəəti 25% azalıb
2027-ci ilədək 11 Regional DOST Mərkəzi açılacaq
Azərbaycanda 97 nəfər COVID-19-a yoluxub
2023 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar viza prosedurları sadələşdirilir
Ağsuda avtomobil yolunun tikintisinin başa çatdırılması üçün AAYDA-ya 7,8 milyon manat ayrılıb
Azərbaycan XİN Aİ-nin Ermənistandakı mülki missiyasının rəhbərinin ittihamlarına cavab verib
Mişel və Paşinyan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını müzakirə ediblər
Paşinyan və Blinken Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasını müzakirə ediblər
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək