Birinci milli “CEO Award Azerbaijan” müsabiqəsi Azərbaycanda 2021-ci ilin ən tanınan 25 top-menecerini seçərək mükafatlandıracaq. Bu barədə Caspian Energy Club-ın sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Qaliblər 19 iyun – 4 iyul tarixləri arasında müstəqil beynəlxalq onlayn platformada keçirilən səsvermə əsasında müəyyən ediləcək. Respondentlər www.ceo.award.az saytında namizədlərə səs verəcək. Onu da qeyd edək ki, müsabiqədə Azərbaycanda çalışan milli və xarici şirkətlərin sahibləri və rəhbərləri iştirak edəcək. Respondentlər, həmçinin “CEO Award Azerbaijan” müsabiqəsinin iştirakçılarının şəklinə klikləyərək onların rəhbərlik etdiyi şirkət və ya təşkilatın veb-saytına keçid vasitəsilə ətraflı məlumat əldə edə biləcəklər. Səsvermənin nəticələri 8 iyul tarixində onlayn formatda (Zoom platformasında) elan ediləcəkdir.
”CEO Award Azerbaijan” milli müsabiqəsinin əsas məqsədi Azərbaycanın dövlət və özəl sektorunda çalışan ən tanınan şirkət sahibləri və rəhbərlərini müəyyən etməkdir. Biz, həmçinin, kiçik və orta biznesi təmsil edən sahibkarlar haqqında məlumatları geniş ictimaiyyətə çatdırmaq istəyirik.” deyə Telman Əliyev qeyd edib.
Müsabiqədə iştirak üçün 12 iyun tarixinə qədər təşkilati ödəniş edərək qoşulmaq olar.
Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-ın əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-ın Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət