2021-ci ilin aprel ayında Azərbaycanda gündəlik neft hasilatı cari ilin mart ayında 592,1 min barrelə qarşı 594 min barrel təşkil edib. Bu barədə Energetika Nazirliyindən məlumat verilir.
“2021-ci ilin aprel ayında Azərbaycan üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 698 min barrel olub. Bunun 594 min barrelini xam neft, 104 min barrelini isə kondensat təşkil edib. Azərbaycan martda sutkada xam neft hasilatını 124 min barrel azaldıb”, - nazirlikdən qeyd ediblər.
2021-ci ilin aprel ayında ölkə üzrə gündəlik xam neft hasilatı 595 min barel olub. Beləliklə, Azərbaycan aprel ayında OPEC+ çərçivəsində neft hasilatının azaldılması üzrə öhdəliyini 100,2% yerinə yetirib.
OPEC və qeyri-OPEC ölkələri 12 aprel 2020-ci il tarixində keçirilmiş videokonfransda gündəlik neft hasilatının 2020-ci il mayın 1-dən 2022-ci ilin aprel ayınadək üç mərhələdə kollektiv surətdə azaldılması üzrə razılaşmanı təsdiqləyib. Razılaşma çərçivəsində Azərbaycan kondensat nəzərə alınmadan neft hasilatını 2018-ci ilin oktyabr ayı üzrə göstəricidən (718 min barel) azaltmağı öhdəsinə götürüb.
5 yanvar 2021-ci il və 4 mart 2021-ci il tarixli razılaşmalara əsasən, Azərbaycanda neft hasilatı 2021-ci ilin aprel ayına qədər 595 min barel səviyyəsində saxlanılmalıdır.**
N.Abbasova
Azərbaycan və Türkiyə XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
Azərbaycan Silahlı Qüvvələri Qarabağda Sarıbaba dağının şimal-şərqində yüksəkliyi nəzarətə götürüb
Əliyev Mişelə: Ermənistan öz təxribatları ilə Cənubi Qafqazda vəziyyəti gərginləşdirir
Azərbaycanda COVID-19-a yoluxma hallarının sayı azalıb
Ordubadın icra başçısı vəzifəsindən azad edilib
Mişel və Paşinyan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını müzakirə ediblər
Paşinyan və Blinken Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasını müzakirə ediblər
Qriqoryan KTMT baş katibini Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumatlandırıb
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding “YAŞAT” Fonduna 500 min manat vəsait ayırıb
Birbank Visa kartları ilə xaricdəki ödənişlərə 2% keşbek hesablanacaq
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək