Ermənistanda ksenofobiya təzahürləri nasizmin qəhrəmanlaşdırılmasından daha dərindir. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Ermənistanın nasizmin qəhrəmanlaşdırılmasına qarşı qətnaməyə qoşulmasına baxmayaraq, əslində biz qətnamənin müddəasının icrasını görmürük. Bu ölkədə Qaregin Njde kultu mövcuddur - bu şəxsə abidələr ucaldılır, küçələr onun adını daşıyır. Təəssüf ki, Ermənistanda ksenofobiyanın təzahür formaları nasizmin qəhrəmanlaşdırılması ilə müqayisədə daha genişdir”, - deyə Bayramov bu gün rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında bildirib.
Azərbaycan XİN başçısı vurğulayıb ki, Ermənistan terrorçuların qəhrəmanlaşdırılmasını davam etdirir, eləcə də açıq antisemitizm nümayiş etdirir.
“Bunun ən aydın göstəricisi beynəlxalq terrorçu Monte Melkonyanın Ermənistanın milli qəhrəmanı olmasıdır. Bu ölkədə ksenofobiyanın müxtəlif təzahürləri mövcuddur. 2021-ci ilin fevral ayında Holokost abidəsi təhqir edilib və təsadüfi deyil ki, İsrailin Diaspor İşləri üzrə Nazirliyinin 2021-ci ilə dair hesabatında Ermənistan antisemitizmin ən yüksək səviyyədə olduğu ölkə kimi göstərilib”, - deyə Bayramov qeyd edib.
O əlavə edib ki, 2021-ci ilin aprel ayında Yerevanda Mahatma Qandinin abidəsinə qarşı dəfələrlə vandalizm aktı törədilib və abidə yandırılıb. “Bu, ksenofobiya probleminin Ermənistan cəmiyyətində nə qədər dərin yer tutduğundan xəbər verir”, - deyə C.Bayramov vurğulayıb.*
Ə.Məmmədov
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Yanvar-fevral aylarında İKZF-nin müvəkkil bankları ipoteka kreditləşməsini 23% artırıb
Yanvar-fevral aylarında Azərbaycan banklarının xarici öhdəlikləri 18% azalıb
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İllik cəmi 5% kredit ilə biznesinizə parlaq dəstək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət