“Fitch Ratings” Beynəlxalq reytinq agentliyi 2021-ci ildə Azərbaycanda ÜDM-in artımını 2,1%, 2022-ci ildə - 2,9% səviyyəsində proqnozlaşdırır.
2020-ci ildə COVİD-19 və OPEC+ sazişi çərçivəsində neft hasilatının azalması səbəbindən Azərbaycada ÜDM-in azalması 4,3% təşkil edib. Bu barədə agentliyin məlumatında deyilir.
“İnterfaks-Azərbaycan”ın məlumatına görə, beləliklə, 2021-2022-ci illərdə Azərbaycanda ÜDM-in orta illik artımı 2,5% təşkil edəcək.
Agentliyin proqnozlarına əsasən, 2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 3,9% (2020-ci ildə - 2,8%) təşkil edəcək, 2022-ci ildə - 3,8%-dək azalacaq.
“Fitch” 2021-ci ildə cari əməliyyatlar hesabının ÜDM-in 5,9% səviyyəsində müsbət saldosuna qayıtmağı planlaşdırır, bu da neftin daha yüksək qiyməti ilə əlaqdardır. 2022-ci ildə tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 4,7% səviyyəsində proqnozlaşdırılır.
Agentliyin proqnozlarına əsasən, 2021-ci ildə bir barel Brent markalı neftin orta qiyməti $58, 2022-ci ildə - $53 təşkil edəcək.
“Fitch”in proqnozlarına görə, 2021-ci ildə Azərbaycan hökumətinin Qarabağda işğal olunan ərazilərdə infrastrukturun yaradılmsına sərmayələri ÜDM-in 1,9%-nə, 2022-ci ildə - ÜDM-in 2,2%-nə ekvivalent olacaq.
“2020-ci ildə Azərbaycanın dövlət borcu 2,4 faiz bəndi – ÜDM-in 21,4%-dək artıb, lakin 2022-ci ilin souna ÜDM-in 17,6%-dək azalacaq”, - agentlik vurğulayır.
Xəbər verildiyi kimi, 2021-ci ildə Azərbaycan hökuməti ÜDM-in 3,4%, orta illik inflyasiyanı – 3% səviyyəsində proqnozlaşdırır.
“Moody`s” Beynəlxalq reytinq agentliyi 2021-ci ildə ÜDM-in artımını 3,5% səviyyəsində proqnozlaşdırır. “S&P Global Ratings” Agentliyi 2021-ci ildə Azərbaycanda ÜDM-in artımını 2,1% səviyyəsində proqnozlaşdlrır. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət