2021-ci ilin yanvar-aprel aylarında Azərbaycana $244 milyon 576,99 min dəyərində (artım 21,4%) 23,854 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
İdxal olunan avtomobillərin sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 38,7% artıb.
Hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – $209 milyon 176,22 min dəyərində (artım 25,7%) 21,948 min ədəd avtomobil (artım 37%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Həmçinin $947,81 min dəyərində 24 ədəd elektrokar və $16 milyon 503,47 min dəyərində 2,805 min ədəd hibrid avtomobil gətirilib.
Bundan başqa, yanvar-aprel aylarında ölkəyə yük daşımaları üçün nəzərdə tutulmuş $25 milyon 165,45 min dəyərində 1,82 ədəd motorlu nəqliyyat vasitəsi (artım 73,7%), o cümlədən $5 milyon 720,86 min dəyərində 42 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (azalma 28,8%) gətirilib.
Hesabat dövründə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün $4 milyon 514,46 min dəyərində 44 ədəd motorlu nəqliyyat vasitəsi (azalma 36,2%) gətirilib.
2020-ci ildə Azərbaycana $647 milyon 596,79 min dəyərində 53,729 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib.*
B.Rüstəmbəyov
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət