Bank VTB (Azərbaycan) “Sərfəli” və “Universal” əmanətləri üzrə milli valyutada faiz dərəcələrini artırıb. İndi “Sərfəli” depoziti üzrə maksimal faiz dərəcəsi 8,5%, “Universal” üzrə isə 7,25% təşkil edir. Hər iki depozit üçün minimal məbləğ 100 manatdır. “Universal” əmanəti üzrə müddətin birinci hissəsində pul vəsaitinin əlavə edilməsi də mümkündür.
“Sərfəli” və “Universal” məhsulları çərçivəsində müştərilər pul vəsaitlərini məqsədlərinə uyğun olaraq istənilən müddətə - 90 gündən 730 günədək yerləşdirə bilər. Bu, əlamətdar tarix və ya səyahət ola bilər. “Sərfəli” depoziti üzrə faizlər müddətin sonunda, “Universal” üzrə isə aylıq ödənilir.
“Bank VTB müştərilərə vəsaitlərini maksimal dərəcədə sərfəli şərtlərlə yerləşdirməyi təklif edir. Bankımızın depozit məhsullarına olan tələbat çox yüksəkdir. Milli valyutada olan əmanətlər daha çox aktualdır, çünki müştərilər üçün qazandıqları və xərclədikləri valyutada depozit açmaq daha sərfəlidir. Faiz dərəcələrinin artırılması müştərilərə gəlirlərini artırmağa, eləcə də planlarından və tələbatlarından asılı olaraq daha rahat şərtlər seçməyə imkan verir”- deyə, Pərakəndə biznesin inkişafı departamentinin direktoru Yevgeni Borodin bildirib.
Müştərilər bu təkliflərdən həm bankın filiallarında, həm distant kanallar - Facebook və WhatsApp mesencerlərdəki çat-bank Direct, internet- və mobil bank vasitəsilə yararlana bilər.
Depozit açıldıqda hesablanmış faizlərin məxarici üçün müştəriyə pulsuz ödəniş kartı, eləcə də SMS-xəbərdarlıq xidməti və internet- mobil banka qoşulmaq imkanı verilir. Depozit məhsullarının şərtləri barədə ətraflı məlumatı bankın saytından əldə etmək mümkündür.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət