2021-ci ilin yanvar-aprel aylarında Azərbaycana 162,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu dövrdə baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.
Yanvar-aprel aylarında ölkəmizə gələnlərin 32,7%-i Rusiya Federasiyası, 27,6%-i Türkiyə, 16,7%-i İran, 10,8%-i Gürcüstan, 2,5%-i Ukrayna, 1,1%-i Böyük Britaniya, 1%-i Belarus, hər birindən 0,7% olmaqla Qazaxıstan və Özbəkistan, hər birindən 0,6% olmaqla Türkmənistan və Almaniya, 0,5%-i İtaliya, 4,5%-i digər ölkələrin vətəndaşları olub.
Gələnlərin 92,6%-ni kişilər, 7,4%-ni qadınlar təşkil edib.
Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,6 dəfə azalaraq 5,9 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,5 dəfə azalaraq 27,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,1 dəfə azalaraq 63,1 min nəfər olub.
Hesabat dövründə Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,7%-i dəmir yolu və avtomobil, 27,1%-i hava, 3,2%-i isə dəniz nəqliyyatından istifadə edib.
Xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 5,8 dəfə azalaraq 162,8 min nəfər olub. Ölkə vətəndaşlarının 42,4%-i Türkiyəyə, 22,1%-i Rusiya Federasiyasına, 9,4%-i Gürcüstana, 6,9%-i İrana, 19,2%-i digər ölkələrə səfər edib.
“2021-ci ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,6%-i hava, 25,1%-i dəmir yolu və avtomobil, 6,3%-i isə dəniz nəqliyyatından istifadə edib”, - deyə məlumatda qeyd olunur.
2020-ci ilin yekunları üzrə Azərbaycana turist axını 795,7 min nəfər təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 4 dəfə azdır. Turist axınının azalması COVID-19 pandemiyasına görə qüvvədə olan məhdudiyyətlərlə əlaqədar olub.*
X,Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət