Xarici işlər naziri Ceyhun Bayramov hesab edir ki, İrəvanın Azərbaycan-Ermənistan sərhədində gərginlik yaratmaq cəhdləri Ermənistandakı qeyri-sabitlikdən irəli gəlir.
“Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı Ermənistanın isterik davranışları anlaşılan deyil. Azərbaycan hərbçiləri Ermənistan ərazisində deyil, beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz daxilində mövqe tuturlar. Delimitasiya ilə bağlı vəziyyəti gərginləşdirmək cəhdləri Ermənistandakı daxili siyasi proseslərdə olan gərginlik və qeyri-sabitlikdən irəli gəlir. Bütün bunların seçkiqabağı dövrdə baş verməsi də bunu təsdiqləyir”, - deyə C.Bayramov AZƏRTAC-a açıqlamasında bildirib.
XİN başçısının sözlərinə görə, Ermənistanda bu vəziyyətdən istifadə edən siyasi qüvvələr seçkiqabağı kampaniyada rəqiblərinə zərbə vurmağa çalışırlar: “Ümumiyyətlə, biz bu tendensiyanı çox zərərli hesab edirik, onu üçtərəfli Bəyanatın icrasına və bölgədəki sabitliyə zərbə kimi qəbul edirik”, - deyə nazir vurğulayıb.
C.Bayramov əlavə edib ki, Bakının sərhədlərin delimitasiyası təşəbbüsünə Ermənistanın reaksiyası qeyri-adekvatdır. “Müstəqilliyin elan edilməsindən 30 il sonra ölkələr arasında sərhədlərin müəyyən edilməsi normal proses deyil. Ancaq biz hamımız bunun səbəbini başa düşürük. Ermənistan bütün bu illər ərzində Azərbaycan ərazilərini işğal edib. 44 günlük müharibədən sonra bölgədə yeni reallıq yaranıb. Azərbaycan müharibədə qələbə qazanıb və Ermənistanla sərhəddə (398,7 km) nəzarəti bərpa edib. Ancaq Ermənistanda bütün bunlara qeyri-adekvat reaksiya yaranır”, - deyə nazir vurğulayıb.*
A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət