Bakı Ali Neft Məktəbində (BANM) yeni ixtisaslar açılıb. Belə ki, 2021/2022-ci tədris ili üçün bakalavriat səviyyəsinə Kompüter mühəndisliyi ixtisası üzrə də tələbə qəbulu həyata keçiriləcək.
Qəbul planı dövlət sifarişi üzrə 20, ödənişli əsaslarla 30 nəfər nəzərdə tutulub.
Qeyd edək ki, BANM-in bakalavriat səviyyəsinə ixtisasları üzrə ödənişli əsaslarla qəbul olanlar üçün minimal keçid balı 400 müəyyənləşdirilib.Təhsil haqqı 4500 manat təşkil edir.
Eyni zamanda, yeni tədris ili üçün BANM magistratura pilləsi üzrə Maliyyə, Menecment və Layihələrin idarəedilməsi üzrə Biznesin təşkili və idarəedilməsi ixtisasları da açıb. Hər bir ixtisas üzrə 25 nəfər qəbul planlaşdırılıb. Qeyd olunan ixtisaslar üzrə təhsil haqqı 5000 manat məbləğindədir.
Təhsil digər ixtisaslarda olduğu kimi, həm bakalavriat həm də, magistratura pillələri üzrə ingilis dilində olacaq, müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılacaq.
Hazırda Ali Məktəbdə bakalavriat səviyyəsinə Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, İnformasiya təhlükəsizliyi və Biznesin idarə edilməsi ixtisasları, magistratura pilləsinə Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə qəbul həyata keçirilir.
Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi ixtisasları Böyük Britaniyanın Heriot-Vatt Universitetinin proqramı əsasında reallaşdırılır.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət