2021/2022-ci tədris ilində Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisasında qiyabi təhsilalma forması üzrə təkrar ali təhsil almaq üçün sənəd qəbuluna başlanılır.
10 iyun 2021-ci ildən etibarən sənəd qəbulu prosesinə start verilir.
Tədris ödənişli əsaslarla distant və ya qiyabi formalarda təşkil edilir. Təkrar ali təhsil müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla (iş stajı 1 ildən az olmayaraq) Bakı Ali Neft Məktəbi arasında bağlanılmış müqavilələr əsasında həyata keçirilir. Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidir.
- Rektorun adına ərizə.
- göndəriş-zəmanət məktubu (məktubun əsli poçtla və ya şəxsən təqdim edilir).
- əmək kitabçasının surəti (hazırda işləməsi göstərilmək şərtilə).
- ali təhsil haqqında sənədin diplom və diploma əlavənin notarial qaydada təsdiqlənmiş surətləri.
- sağlamlıq haqqında arayış.
- şəxsiyyəti təsdiq edən sənəd.
- 3/4 sm ölçüdə 4 ədəd fotoşəkli.
Xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra BANM-də təkrar ali təhsil ala bilər. Təqdim olunan sənədlər müvafiq tələblərə cavab verdiyi halda iddiaçılar təkrar ali təhsil almaq hüququnu qazanırlar. Qəbul zamanı dövlət orqanlarının tövsiyyə məktubu ilə gələn şəxslərə üstünlük verilir.
Sənədlərin qəbulu 20 avqust 2021-ci il saat 17:00-dək (şənbə və bazar günlərindən başqa) BANM-in Xətai korpusunda (Xocalı pr. 30, otaq 310) aparılacaqdır.
Əlaqə telefonu – 012 521 34 54 (dax: 33039)
E-mail – turan.nasibli@socar.az
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
Çin yanvar-fevral aylarında Azərbaycana $13 milyona yaxın məbləğdə smartfon ixrac edib
İKZF istiqrazların yerləşdirilməsindən 40 milyon manat cəlb edib
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət