Azərbaycan-Ermənistan-Rusiya üştərəfli işçi qrupu çərçivəsində regionda kommunikasiyaların açılması məsələləri ilə bağlı konkret söhbət aparılır. Bu barədə RF baş nazirinin müavini Aleksey Overçuk bəyan edib.
“Xoş iradə olduğu halda Cənubi Qafqazda nəqliyyat əlaqələri açılacaq, ticarət inkişaf edəcək, Azərbaycan və Ermənistan iqtisadiyyatları inkişaf üçün gülü təkan əldə edəcək, insanların rifahı da yaxşılaşacaq. Əsas odur ki, bu cür xoş niyyət var. Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol paşinyan və RF prezidenti Vladimir Putinin birgə üçtərəfli bəyanatı əsasında Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyasının baş nazirlərinin birgə sədrliyi ilə işçi qrupu yaradılıb. Regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə məşğul olmaq bu qrupa tapşırılıb”, - Overçuk “Rossiyskaya qazeta” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında münasibətlər çox mürəkkəb, çoxtəbəqəlidir, kökləri ilə tarixə əsaslanır.
“2021-ci ilin yanvar ayında baş nazirlərin müavinləri səviyyəsində danışıqlara qiyabi olaraq start verilib və yanvarın 30-da üç nümayəndə heyəti danışıqlar masası ətrafına əyləşib. Əvvəl Azərbaycanla Ermənistan arasında bu səviyyədə konkret məsələlər heç zaman müzakirə olunmayıb. Bütün bunlar danışıqlar formatını xüsusi edir və iştirakçıların dövlət başçıları tərəfindən qoyulan vəzifələri həll etmək cəhdini vurğulayır”, - “İnterfaks-Azərbaycan”ın məlumatına görə, Overçuk qeyd edib.
O vurğulayıb ki, öncədən hansı nöqtədən başlamağın lazım olduğunu tapmaq vacib idi.
“Bu cür yanaşma iki ölkə arasında bütün mümkün dəmir yolu və avtomobil marşrutlarının müzakirəsinə keçməyə imklan yaradıb. Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublaiksı rasaında Ermənistansdan keçməklə nəqliyyat əlaqəsi imkanları nəzərdən keçirilir. Həmçinin, Ermənistandan Azərbaycan ərazisindən keçməklə Rusiyaya və ya Ermənistandan Naxçıvandan keçməklə Rusiya və İrana hərəkətin başlanması vəzifələri eyni vaxtda həll olunur”. Bundan başqa, Ermənistan yüklərin Mərkəzi Asiya və Mərkəzi Asiya ölkələrindən Ermənistana nəqli üçün Xəzər dənizində Azərbaycan limanlarından iqtifadə etmək imkanı əldə edə bilər”, - o qeyd edib.
“Üçtərəfli içşi qrupu çərçivəsində regionun blokadasının aradan qaldırılmasına dair konkret danışıqlar aparılır. Bu vəzifəninn həllinin açarı Ermənistanın blokadasının aradan qaldırılmasıdır”, - Overçuk əlavə edib.
Onun rəyinə görə, regionda nəqliyyat blokadasının arasdan qaldırılması Rusiya, Avrasiya İqtisadi Birliyi və bütün qonşu ölkələr üçün vacibdir. “Əlbəttə ki, bu yeni konfiqurasiyanın benefisiaraları Azərbaycan və Ermənistan olacaq. Bu məsələ Rusiya onlara və regionun qalan bütün ölkələrinə yardım edir”, - o qeyd edib.
Baş nazirin müavini vurğulayıb ki, işçi qrupu çərşivəsində Azərbaycan və Ermənistanı birləşdirən bütün mümkün dəmir yolu və avtomobil marşrutları araşdırılıb. “Bu ölkələrin sərhədyanı rayonlarında yaz aylarnda Rusiyanın Nəqliyyat Nazirliyi, Rusiya Avtomobil Yolları və Rusiya Dəmir Yollarının rusiyalı ekspertləri işləyiblər. Onlar hər bir dəmir yolu və abtomobil yolunu yoxlayıblar, iki ölkə arasımnda kommersiya daşımaları imkanlarını qiymətləndiriblər. Yol örtükləri, dəmir yolları, körpülərin, yolların altındakı boruların vəziyyəti qiymətləndirilib. Əfsuslar olsun ki, bütün mümkün marşrutlar yarasız hala düşüb və nəqliyyat əlaqəsinin bərpası ciddi sərmayələr tələb edir. Bu ekspert işinin yekunları əsasında tərəflər nəqliyyat əlaqəsinin açılması üçün gələcək addımları nəzərdə tuta biliblər”, - o əlavə edib.
Overçuk qeyd edib ki, hüquqi məsələləri həll etmək zəruridir. Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər, keçid məntəqələri, gömrük postları, qonşu dövlətlər arasında adətən mövcud olan heç bir şey yoxdur. Bütün beynəlxalq normativ hüquqi aktların inventarizasiyası aparılır. Bu, ilk növbədə, MDB-yə aiddir, çünki həm Azərbaycan, həm də Ermənistan bu birliyə daxildir. Bütün bu həll yolları tapılandan, Azərbaycan və Ermənistan onları həyata keçirməyə hazır olduqları qərarına gələndən sonra isə yolların bərpasına başlamaq və bundan sonra nəqliyyat əlaqəsini bərpa etmək mümkün olacaq”, - RF-nin baş nazirinin müavini əlavə edib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
RF XİN Aİ-nin Ermənistanla bağlı vədlərini boş hesab edir
Ərdoğan mayın 9-da ABŞ-a səfər etməyi planlaşdırır
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İllik cəmi 5% kredit ilə biznesinizə parlaq dəstək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət