Füzuli rayonunda aerovağzal kompleksi bu ilin sonuna kimi tam istifadəyə verilə bilər. Bunu “AzVirt” MMC-nin baş direktoru Kamil Əliyev deyib.
Prezident İlham Əliyev iyunun 14-də Füzuli rayonuna səfəri çərçivəsində Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olub.
“Füzuli Beynəlxalq Hava Limanının tikintisinə yanvar ayında başlanmışdır. Bu plakatda 3 min metr uzunluğunda, 60 metr enində uçuş-enmə zolağı əks olunub. Təyyarələrin enişi iki tərəfdən də təmin olunur. Bu günə biz uçuş-enmə zolağının və perronun tikintisində torpaq işlərini bitirmişik. İndi biz yol geyiminin tikintisi ilə məşğuluq. Bizim proqramımıza əsasən, sentyabrın 5-də burada birinci sınaq uçuşu yerinə yetiriləcək”, - deyə o, dövlət başçısına məlumat verib.
K.Əliyev əlavə edib ki, perronun ölçüləri 60 min kvadratmetrdir, təxminən 8 ədəd A-320 tipli təyyarə yerləşə bilər. Burada 170 avtomobillik avtomobil dayanacağı da olacaq.
Baş direktor qeyd edib ki, aeroport Füzuliyə gedən yolla və Zəfər yolu ilə birləşəcək.
“Aeroport binasının tikintisində beton işləri demək olar, 80 faiz yekunlaşıb. Dam örtüyü İtaliyadan gətirilib və artıq Bakıdadır. Türkiyədən fasad materialları gətirilib. İşlər bu sürətlə getsə, aerovağzal kompleksi bu ilin sonuna kimi tam istifadəyə verilə bilər. Aeroportda aeronaviqasiya, tikinti işləri aparılır. İşıq-siqnal sistemini türk şirkəti işləyir. Yarımstansiya tikilib”, - deyə K.Əliyev bildirib.
Onun sözlərinə görə, aeroportun tikintisi çərçivəsində Zəngilanda artıq torpaq işlərinə başlanılıb. “AzVirt”, həmçinin Laçın rayonunda aeroportun tikintisinə hazırlıq işlərinə başlayıb.
“Laçın rayonunda aeroportun tikiləcəyi yerə də getdik, layihədə harada yerləşir, onu da müəyyən etdik. Torpaq işi böyük həcmdədir. Biz artıq mobilizasiya olunuruq. Orada ofisimiz var, artıq texnika aparmışıq”, - deyə baş direktor qeyd edib.
Füzuli Beynəlxalq Hava Limanının 2021-ci ilin sentyabr ayında istifadəyə verilməsi planlaşdırılıb.
Prezident İlham Əliyev 2021-ci ilin yanvar ayında Füzuli şəhərində aeroportun, aprelin 27-də isə Zəngilanda beynəlxalq aeroportun təməlini qoyub.*
N.Abbasova
Ağsuda avtomobil yolunun tikintisinin başa çatdırılması üçün AAYDA-ya 7,8 milyon manat ayrılıb
Mişel və Paşinyan Ermənistan-Azərbaycan danışıqlarını müzakirə ediblər
İrəvan Bakıya Laçın yolunun başlanğıcında sərhəd qoşunlarını yerləşdirməyi təklif edib
Azərbaycan XİN Aİ-nin Ermənistandakı mülki missiyasının rəhbərinin ittihamlarına cavab verib
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
“Nar” ardıcıl 4 ildir, Müştəri Loyallığı İndeksində liderdir
Yelo Bank kəndlərdə futbolun inkişafına dəstək olur!
“Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda mühazirələrə start verilib
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək