“Azeri Light” markalı neftin bir barelinin qiyməti $0,57 – $75,18-dək bahalaşıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə neft bazarındakı mənbə məlumat verib.
““Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti $0,57 və ya 0,76% bahalaşaraq $75,18 təşkil edib”, - deyə mənbə bildirib.
Digər neft növlərinin qiyməti dəyişdikdə, Azərbaycanın yüngül neftinin də qiyməti dəyişir. “Azeri Light” nefti yüngül və aşağı kükürdlü növə aid olduğu üçün onun bir bareli “Brent” markalı neftə nisbətən premiya ilə satılır və qiyməti daha bahadır.
Ötən gün “Brent” markalı neftin bir bareli $73,99 olub.
Azərbaycanın 2021-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 40 ABŞ dollarına bərabər götürülüb.
2020-ci il aprelin 21-də Azərbaycan neftinin bir barelinin qiyməti 19 il bundan əvvəlki antirekordu yeniləyərək $15,81-dək ucuzlaşıb. "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 2001-ci ilin dekabr ayında minimuma enərək $19,15, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək $149,66 olub.
“Azeri Light” markalı neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə SOCAR-ın payı 25% təşkil edir. Mənfəət nefti layihənin səhmdarları arasında müqavilədə iştirak payından asılı olaraq bölüşdürülür.
Azərbaycanda hasil edilən neftin 2/3 hissəsi AÇG-nin payına düşür.*
N.Abbasova
“Azpetrol” 2023-cü ilə qədər Bakıda hotel-sağlamlıq kompleksini istifadəyə verəcək
Dağıstanda Azərbaycana giriş ilə Xəzərdə kruizlər müzakirə olunub
Azərbaycan Ermənistan hərbçisini qaytarıb
Paşinyan ABŞ-dan Qarabağla bağlı dəqiq mövqe gözləyir
Paşinyan Azərbaycanla münasibətlərin həllinin iki variantı barədə söz açıb
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
Özbəkistan Azərbaycanla enerji sahəsində dialoqa açıqdır
«Yelo Bank tərəfindən verilən kreditlərin 63%-i biznesin dəstəyinə yönəlib»
Müstəqillik Günü münasibətilə “Cümhuriyyət xatirələri” kitabı nəşr edildi
“Azpetrol” şirkəti 25 illik fəaliyyətinin nəticələrini açıqladı
İyunun əvvəlində Bakı Enerji Forumu keçiriləcək