2021-ci ilin yanvar-aprel aylarında Azərbaycana 365,3 min ton buğda idxal edilib ki, bu da 2020-ci ilin 4 ayının göstəricisindən 30,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $92 milyon 994,3 min (artım 52,8%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $48 milyon 181,6 min dəyərində (artım 2,9 dəfə) 106,8 min ton şəkər xammalı və şəkər (artım 2,2 dəfə), $58 milyon 887,8 min dəyərində (artım 33,3%) 44,76 min ton bitki yağı (azalma 11,5%), $16 milyon 934 min dəyərində (azalma 2%) 4,438 min ton çay (azalma 2,7%), $27 milyon 150,3 min dəyərində (artım 1,5%) 5,6 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (artım 4,6%) idxal edilib.
Yanvar-aprel aylarında respublikaya $8 milyon 387,5 min dəyərində (azalma 34,8%) 2,299 min ton iribuynuzlu heyvan əti (azalma 33,6%), $9 milyon 322,3 min dəyərində (azalma 25,9%) 7,87 min ton quş əti və quş əti məhsulları (azalma 27,2%) idxal edilib.
Hesabat dövründə Azərbaycana $50 milyon 809,4 min dəyərində (artım 4,6%) 54,925 min ton meyvə (azalma 0,9%), $11 milyon 892,6 min dəyərində (artım 1,6 dəfə) 24,245 min ton tərəvəz (artım 1,7 dəfə), $22 milyon 607,5 min dəyərində (azalma 5%) 90,235 min ton kartof (artım 3,8%) idxal edilib.
Yanvar-aprel aylarında ölkədən $48 milyon 877,1 min dəyərində (azalma 38,9%) 42,819 min ton tərəvəz (azalma 35,1%), $79 milyon 727,9 min dəyərində (artım 14,1%) 71,55 min ton meyvə (artım 50,2%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $13 milyon 366,3 min dəyərində (artım 3 dəfə) 25,985 min ton şəkər (artım 2,4 dəfə), $6 milyon 540,1 min dəyərində (artım 1,8 dəfə) 5,706 min ton bitki yağı (artım 35,3%) ixrac edilib.
Yanvar-aprel aylarında Azərbaycan $5 milyon 609,9 min dəyərində (аrtım 9,8%) 4,688 min ton meyvə və tərəvəz şirələri (artım 28,2%), $1 milyon 39,4 min dəyərində (artım 29,1%) 88,5 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (artım 1,8 dəfə), $3 milyon 61,8 min dəyərində (azalma 5,5%) 2,592 min ton meyvə və tərəvəz konservləri (artım 18,4%), $1 milyon 571,2 min dəyərində (azalma 61%) 666 ton tütün (azalma 59,9%) ixrac edib.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət