Azərbaycan 2021-ci ilin yanvar-may aylarında 53 min 539,2 ton kimya məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 4,3 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
“2021-ci ilin yanvar-may aylarında Azərbaycandan $19 milyon 261,03 min məbləğində kimya məhsulları (azalma 1,8 dəfə) ixrac edilib. Hesabat dövründə ixracın ümumi həcmində kimya məhsullarının payı 0,26%, qeyri-neft ixracının strukturunda 2,12% təşkil edib”, - DGK-dən bildirilir.
Cari ilin yanvar-may aylarında Azərbaycan $2 milyon 203,46 min dəyərində (azalma 3,3 dəfə) 12 min 493,6 ton kimya məhsulları (azalma 4 dəfə) ixrac edib. Hesabat dövründə ixracın ümumi həcmində gübrələrin payı 0,03%, qeyri-neft ixracının strukturunda 0,24% təşkil edib.
Azərbaycanda azot gübrələri 2019-cu il yanvarın 16-da istismara verilmiş SOCAR Karbamid Zavodunda istehsal edilir. 2019-cu ilin iyun ayında müəssisə azot gübrələrinin ixracına başlayıb.
Müəssisə ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarətdir, gündəlik istehsal gücü 1,2 min ton ammonyak və 2 min ton karbamiddir. Zavodun karbamid ixracından illik $160 milyon gəlir əldə edəcəyi proqnozlaşdırılır.
Azərbaycanın karbamidə daxili tələbatı illik 100-150 min ton təşkil edir. Zavodun istehsal gücünün 650-660 min ton karbamid olduğu nəzərə alınaraq, illik 500 min tonadək hazır məhsul ixraca göndəriləcək. Türkiyə, Qara dəniz regionu və Aralıq dənizi ölkələri əsas satış bazarları hesab olunur.
Zavodun tikintisinin ümumi dəyəri 780 milyon avro təşkil edib. Bu məbləğdən 197 milyon avro Azərbaycanın dövlət büdcəsindən ayrılan vəsaitin, 500 milyon avro borc vəsaitin, 80-85 milyon avro isə SOCAR-ın tikinti zamanı öz vəsaiti hesabına büdcəyə ödədiyi vergi və digər ayırmaların payına düşüb.**
N.Abbasova
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət