Azərbaycan Respublikası Baş Prokurorluğu Laçın rayonunda 1,818 min nadir ağacın qanunsuz kəsilməsi ilə əlaqədar Ermənistan silahlı qüvvələri barəsində cinayət işinin açılması barədə məlumat verir.
“Aparılmış araşdırmalarla Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə silahlı qüvvələri tərəfindən növbəti dəfə barbarlıq nümayiş etdirilərək nadir flora və faunası olan Laçın rayonunda işğaldan azad olunmasından az müddət öncə qanunsuz olaraq 1.818 ədəd müxtəlifcinsli, köküstdə çoxillik ağacların kəsilməsinə və bunun nəticəsində ölkəmizə 1 milyon 511 min 330 manat (cari məzənnə ilə $0,9 milyon)», məbləğində maddi ziyanın vurulmasına əsaslı şübhələr müəyyən edilmişdir”, - məlumatda qeyd olunur
Baş Prokurorluqdan vurğulanır ki, Ermənistanın silahlı qüvvələri tərəfindən beynəlxalq hüququnun əsas norma və prinsipləri, eləcə də “Canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” 1979-cu il tarixli Avropa konvensiyanın tələbləri kobud şəkildə pozularaq Azərbaycan Respublikasının ətraf mühitinə qəsd edən geniş, uzun sürən və ciddi ziyan vurmaq məqsədilə işğala məruz qalmış ərazilərimizdə Azərbaycan Respublikasının təbii sərvəti hesab edilən qiymətli və çoxillik ağacları olan meşələri qəsdən məhv etməklə ölkəmizə qarşı ekoloji terrorçuluq cinayəti törədilmişdir.
Qeyd edilənlərlə bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və digər maddələri ilə cinayət işi başlanmış, ibtidai istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən İstintaq idarəsinə tapşırılmışdır.
Hazırda iş üzrə istintaq hərəkətləri aparılır. **
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət