Dünya Bankı iqtisadiyyatın hər bir sektoru üzrə mövcud vəziyyətin və potensialın qiymətləndirilməsini əks etdirən “Azərbaycan üzrə iqtisadi memorandum” hazırlayır. Sənəd 3 aydan sonra hazır olacaq. Bu barədə Dünya Bankının Bakı ofisinin rəhbəri Sara Maykl bildirib.
“DB Azərbaycan üzrə iqtisadi memorandum hazırlayır. Memorandumda ölkə iqtisadiyyatının hər bir sektorunun potensialı qiymətləndiriləcək. Sənəd üç aydan sonra hazır olacaq”, - deyə Maykl jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Azərbaycanın qeyri-neft sektorunun daxili istehsal və ixrac potensialı yüksəkdir. "Hesab edirik ki, kənd təsərrüfatı məhsullarının ixracı üzrə də yaxşı potensial mövcuddur. Bununla belə, Azərbaycan kənd təsərrüfatı məhsullarının emal seqmentini inkişaf etdirməlidir, çünki burada ixrac potensialı tam istifadə olunmayıb”, - deyə o vurğulayıb.
Maykl, həmçinin turizm sektorunda, nəqliyyat-logistika seqmentində böyük potensialın olduğunu qeyd edir.
O əlavə edib ki, Dünya Bankı (Beynəlxalq Maliyyə Korporasiyası ilə birlikdə – İF) Xəzər dənizində külək enerjisinin inkişafı üzrə Yol Xəritəsinin hazırlanmasında iştirak edir.
Maykl DB-nin Azərbaycan üzrə yeni strategiyasının hazırlanmasının başa çatma müddətini də şərh edib. “Düşünürəm ki, 2022-ci ilin iyun iyun ayında strategiya hazır olacaq”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, bankın ölkə üzrə yeni strategiyası 2031-ci ilə qədər olan dövrü əhatə edən Milli İnkişaf Strategiyası çərçivəsində Azərbaycan hökumətinin beş prioriteti ilə unifikasiya ediləcək. “Əminəm ki, DB-nin Qarabağın bərpasında iştirakı da bankın Azərbaycan üzrə yeni strategiyasına daxil olacaq. Azərbaycan hökuməti DB-nin bu prosesə cəlb edilməsində maraqlıdır. Biz də öz tərəfimizdən lazımi yardım göstərməyə hazırıq”, - deyə o qeyd edib. S.Maykl vurğulayıb ki, hazırda DB Azərbaycan hökuməti ilə Qarabağın bərpası ilə bağlı konkret layihələri müzakirə etmir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət