Türkiyə Qara dənizdə qaz yataqları aşkar etməklə qaz alqı-satqısına dair yeni müqavilələrin imzalanmasıl ilə bağlı Azərbaycan, Rusiya və İranla danışıqlarda güclü arqument əldə edib. “SOCAR Turkiye Enerji” şirkətinin baş direktoru Zaur Qəhrəmanov belə hesab edir.
“Hazırda Türkiyəyə təbii qaz tədarükünə dair sazişlər yenilənir. Türkiyənin təbii qaz tədarükçüləri ilə sazişlərindən bəziləri dayandırılacaq, bəzilərinin müddıti yaxın gələcəkdə bitəcək. Qaz ilə bağlı yeni müqavilələrin bağlanması məqsədilə Azərbaycan, Rusiya və İran kimi ölkələrlə danışıqlar masasına oturacaq Türkiyə üçün Qara dənizdə özünün qaz yataqlarının aşkarlanması mühüm hadisə və danışıqlarda güclü arqumentə çevrildi”, - Qəhrəmanov “Sabah” qəzetinə müsahibəsində bildirib.
Eyni zamanda, o qeyd edib ki, hazırda yeni qaz sazişə dair Azərbaycanla Türkiyə arasında danışıqlar davam edir.
O, həmçinin məlumat verib ki, Qara dənizin Türkiyə şelfində qaz ehtiyatlarının aşkar olunması ölkə daxilində istehlakçılar üçün mavi yanacağın qiymətlərinin ucuzlaşmasına səbəb ola bilər.
Qəhrəmanov əlavə edib ki, SOCAR şirkəti Türkiyənin Qara dənizdə qaz yataqlarının işlənməsi prosesində iştiraka hazırdır. “Qara dənizdə təbii qaz ehtiyatlarının hasilatına öz töhfəmizi verəyə hazırıq. Neft və təbii qazda istisaslaşan şirkət olaraq, zərurət yaranacağı halda Türkiyəni bu prosesdə hər vasitə ilə dəstəkləməyə hazırıq. Təbii qazın Azərbaycan və Gürcüstanda bölgüsü ilə bağlı bilik və çoxillik təcrübəmizlə bölüşməyə şad olarıq”, - o deyib.
“Türkiyə Respublikası və Azərbaycan Respublikası arasında Azərbaycan təbii qazının Türkiyə Respublikasına çatdırılmasına dair” hökumətlərarası saziş və SOCAR və BOTAS arasında “Təbii qazın satışı və alışı haqqında” müqavilə 2001-ci il martın 12-də imzalanıb.
“Mərhələ-1” çərçivəsində 178 milyard kubmetr qaz və 34 milyon ton kondensat hasilatı nəzərdə tutulur.
“Mərhələ-1” çərçivəsində qazın ixracı üçün 690 km uzunluğunda (442 kilometri Azərbaycanda, 248 kilometri Gürcüstandadır) Cənubi Qafqaz Boru kəməri (CQBK, Bakı-Gürcüstan-Türkiyə ilə sərhəd) inşa edilib. 2006-cı ilin sonundan Gürcüstana, 2007-ci ilin iyul ayından isə Türkiyəyə qaz nəqlinə başlanılıb.
“Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində Azərbaycan qazı Türkiyəyə TANAP qaz kəməri ilə nəql olunur. Nəqlin həcmi ildə 6 milyard kubmetr qaz təşkil edir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət