Türkiyə İğdır-Naxçıvan qaz kəmərinin tikintisinə hazırlıq işlərini başa çatdırıb. Bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönmez deyib.
“Hazırlıqlarımız, marşrut üzərində iş, layihələndirmə işləri başa çatıb”, - deyə o, bu gün türkiyəli jurnalistlərə bildirib.
Nazir xatırladıb ki, Azərbaycanla bu layihənin həyata keçirilməsi ilə bağlı memorandum imzalanıb.
“İndi biz bəzi texniki məlumatların Azərbaycan tərəfindən təsdiqini gözləyirik. Həmçinin bizə memorandumun mətnindən kənar müəyyən texniki məlumatlar lazımdır. Bu məsələlər razılaşdırıldıqdan və SOCAR bu texniki məlumatları bizə təqdim etdikdən sonra tikintiyə başlayacağıq”, - deyə F.Dönmez qeyd edib.
Daha əvvəl F.Dönmezə istinadən xəbər verilmişdi ki, İğdır-Naxçıvan qaz kəmərinin tikintisi 12 ay davam edəcək və 2022-ci ildə başa çatacaq.
2020-ci il dekabrın 15-də Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb. Qaz kəmərinin buraxılış gücü ildə 500 milyon kubmetr təşkil edəcək. Bu, NMR-ə gündəlik 1,5 milyon kubmetr qaz nəql etməyə imkan verəcək. Azərbaycan qazı bu kəmərlə Türkiyədən NMR-ə nəql ediləcək. Bu layihənin reallaşdırılması ilə SOCAR və BOTAS şirkətləri məşğul olacaq.
Türkiyə ərazisində İğdır-Naxçıvan boru kəmərinin uzunluğu təxminən 85 km təşkil edəcək. Layihə çərçivəsində bir qaz ölçmə stansiyasının inşası da planlaşdırılır.
Hazırda Naxçıvan Muxtar Respublikasının qazla təminatı İranla svop əməliyyatları əsasında həyata keçirilir. Lakin NMR-in enerji təhlükəsizliyinin təmin edilməsi üçün Naxçıvana qazın ikitərəfli - İran və Türkiyədən nəqli məqsədəuyğundur.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət