Britaniyanın “Anglo Asian Mining” şirkəti (AAM - Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator) 2023-cü ilin birinci yarısında Azərbaycanın qərbində yerləşən yeni “Zəfər” qızıl və mis yatağında tammiqyaslı hasilata başlamağı planlaşdırır. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə şirkətin məlumatında deyilir.
“Şirkət “Zəfər” yatağının istismara verilməsi hesabına yaxın iki ildə hasilatı artırmağı planlaşdırır. Bu ilin iyul ayında yataqda mineral ehtiyatların JORC standartlarına uyğun ilk qiymətləndirilməsi, 2021-ci ilin dördüncü rübündə isə yekun qiymətləndirilməsi həyata keçiriləcək”, - deyə məlumatda bildirilir.
2022-ci ilin birinci yarısında yatağın ehtiyatları JORC standartlarına uyğun olaraq qiymətləndiriləcək və tunellərin tikintisinə, ikinci yarımillikdə isə yeraltı infrastrukturun tikintisinə başlanılacaq.
““Zəfər” yatağında tammiqyaslı hasilata 2023-cü ilin birinci yarısında başlanılacaq. Lakin filizin müəyyən hissəsi artıq 2022-ci ildə hasil olunmağa başlayacaq”, - deyə şirkətin məlumatında qeyd olunur.
“Anglo-Asian Mining” şirkəti 2021-c ilin yanvar ayında Gədəbəy müqavilə sahəsində “Zəfər” adlı yeni porfir mis-qızıl yatağının aşkar edilməsi barədə məlumat verib. Yeni yataq şirkətin emal müəssisələrindən təxminən 1,5 km şimal-qərbdə yerləşir.
Yatağın ilkin qiymətləndirilməsi nəticəsində təqribən 6 milyon ton filiz kütləsinin olduğu müəyyən edilib.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir.
Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl və 2,5 min ton gümüş hasilatı planlaşdırılır.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin, 2015-ci ilin yayında “Qədir” yatağının, 2017-ci ilin sentyabr ayında isə “Uğur” yatağının işlənməsinə başlayıb.*
N.Abbasova
Böyük Britaniya Qarabağda minaların təmizlənməsinə əlavə £0,5 milyon ayırıb
Azərbaycan və Latviya minatəmizləmə məsələlərində əməkdaşlığı müzakirə edib
Azərbaycanda COVID-19-a yoluxma hallarının sayı artıb
İkinci Qarabağ müharibəsinin daha 7 mindən artıq iştirakçısına "Müharibə veteranı" adı verilə bilər
Əliyev: “Xəzəryanı ölkələrin liderləri Xəzər dənizinin dayazlaşması problemini müzakirə ediblər”
Baş plan: Növbəti 20 il ərzində Kəlbəcər şəhərinin ərazisi 237 hektar təşkil edəcək
Prezident Əliyevə Kəlbəcər şəhərinin baş planı təqdim edilib
“AzerGold” Daşkəsəndə sosial layihələrə 610 min manat yönəldəcək
Klaar: Aİ Cənubi Qafqazda davamlı sülh üzrə addımları dəstəkləyəcək
Xəzəryanı ölkələrin dövlət başçılarının VII Zirvə Toplantısı İranda keçiriləcək
“Severstal” Azərbaycanda SOCAR və digər şirkətlərlə əməkdaşlığı genişləndirməyə ümid edir
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
Bakcell abunəçiləri üçün onlayn qaydada eSIM almaq imkanı
“Bank Respublika”nın dəstəyilə şəhid ailə üzvləri və qazilər Şuşada oldular
“Bank Respublika”nın yeni Ağcabədi filialı fəaliyyətə başladı
İyunun sonunda Bakıda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dair müzakirələr aparılacaq