2020-ci ilin yekunları üzrə SOCAR-ın gəlirləri 49 milyard 607 milyon manat, xalis zərəri 1 milyard 734 milyon manat təşkil edib (2019-cu ildə şirkətin xalis mənfəəti 651 milyon manata bərabər olub).
Bu məlumatlar şirkətin 2020-ci ilə dair birləşdirilmiş maliyyə hesabatında öz əksini tapıb. SOCAR-ın 2020-ci il üzrə maliyyə fəaliyyətinin BMHS-ə uyğun auditini “Ernst & Young” şirkəti həyata keçirib.
2020-ci ildə SOCAR-ın gəlirləri 2019-cu illə müqayisədə 40,8% azalıb.
2020-ci ildə gəlirlərin azalması OPEC+ razılaşması çərçivəsində neft hasilatının azaldılması və dünya bazarlarında neftin kəskin ucuzlaşması ilə əlaqədardır.
Hesabat ilində şirkətin satışlarının maya dəyəri 44 milyard 552 milyon manat (azalma 42,9%) təşkil edib.
2020-ci ildə SOCAR əməliyyat fəaliyyətindən 479 milyon manat (azalma 5,4 dəfə) mənfəət əldə edib. Dövlət büdcəsinə mənfəət vergisi üzrə ayırmalar 297 milyon manat (azalma 2,3 dəfə) təşkil edib.
2020-ci ildə SOCAR-ın aktivləri 1,9% - 64 milyard 155 milyon manata qədər azalıb. Bununla yanaşı, ötən il şirkətin uzunmüddətli aktivləri 0,7% - 45,9 milyard manata qədər, qısamüddətli aktivləri 4,8% - 18 milyard 255 milyon manata qədər azalıb.
Hesabat ilində SOCAR-ın kapitalı 9,9% - 21 milyard 923 milyon manata qədər azalıb. Şirkətin nizamnamə kapitalı 4 milyard 696 milyon manata (artım 8,6%) bərabərdir.
2020-ci ildə şirkətin öhdəlikləri 2,9% - 42 milyard 232 milyon manata qədər artıb. Cari ilin əvvəlinə SOCAR-ın uzunmüddətli öhdəlikləri 21 milyard 599 milyon manat (azalma 9,1%), cari öhdəlikləri 20 milyard 633 milyon manat (artım 19,4%) təşkil edir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət