Caspian Energy Club-ın və Caspian Energy Georgia-nın dəstəyilə təşkil olunmuş “Online B2B Forum Adjara” çərçivəsində Acarıstan Muxtar Respublikasının İqtisadiyyat və Maliyyə naziri Caba Putkaradze ilə görüş keçirilib.
“Online B2B Forum Adjara”da sədrliyi səfir Nikoloz Natbiladze edib.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
“Online B2B Forum Adjara” çərçivəsində olan müzakirələrə Acarıstan Muxtar Respublikasının İqtisadiyyat və Maliyyə nazirinin birinci müavini Tornike Kuçava, Acarıstan Muxtar Respublikasının Turizm Departamentinin sədri Tina Zoidze, hər iki ölkənin iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən dövlət və özəl şirkətlərin top-menecerləri də qoşulublar. Həmçinin, Acarıstan Muxtar Respublikası şirkətlərinin rəsmi nümayəndələri tərəfindən investisiya mühiti və turizm potensialı haqqında təqdimatlar keçirilib.
Caspian Energy Club-ın sədri və baş icraçı direktoru Telman Əliyev operativliyə və əməkdaşlığa hazırlığa görə dövlət qurumlarının nümayəndələrinə minnətdarlığını bildirib.
“Online B2B Forum Adjara”nın iştirakçılarını salamlayaraq Telman Əliyev ikitərəfli forumların önəmliyini qeyd edib: “Pandemiya dövründə Caspian Energy Club bir neçə “Online В2В Forum Azerbaijan – Georgia” keçirib. Azərbaycan və Gürcüstan arasında münasibətlər həmişə yüksək səviyədə olub və biz bu münasibətlərin B2G, B2B və B2C formatda inkişafına dəstək olmağımıza şadıq.
Turizm biznesin ən çox zərər çəkmiş sahələrindən biridir. Bu tipdə tədbirlər turizmin investisiya mühitinə müsbət təsir göstərəcəkdir. Forumun ikinci əsas mövzusu nəqliyyatdır və Caspian Energy Club üzvləri şübhəsiz ki, Acarıstanın Azad İqtisadi Zonasında maraqlıdır”.
Səfir Nikoloz Natbiladze qonşu dövlətlər arasında mövcud olan strateji tərəfdaşlığının önəmliliyini vurğulayaraq qeyd edib ki, “Ölkələrimiz tarixən bir-birini dəstəkləyir və bu tərəfdaşlıq dəfələrlə özünü doğruldub. Mən Gürcüstanın Azərbaycanda səfiri olarkən bu prosesdə iştirak etmək imkanına malik olduğum üçün fəxr edirəm, həmçinin də indi Caspian Energy Georgia-nın nümayəndəsi olaraq.
Caspian Energy platforması ölkələrimiz arasında işgüzar əməkdaşlığa dəstək vermək imkanlarından biridir. Bu platforma biznes sahələri üçün yerli təşəbbüslərin öyrənilməsi üçün imkanlar yaradır. Biz müəssisələrin investisiya yatırıb portfoliolarını genişləndirilməsi üçün dəstək olub, kömək etmək üçün buradayıq”.
Çıxışların sonunda fikir mübadiləsi aparılıb. Şirkətlərin top-menecerləri və nümayəndələri spikerlərə onları maraqlandıran sualları veriblər.
Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-ın əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-ın Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət