BP şirkəti “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağının Şərq-Cənub cinahından hasilata başlayıb. Bu barədə “BP-Azerbaijan” şirkətinin (“Şahdəniz” layihəsinin texniki operatoru) məlumatında bildirilir.
“540 metr dərinlikdə yerləşən Şərq-Cənub cinahından hasilata 30 iyun 2021-ci il tarixində başlanılıb. Şərq-Cənub hasilat cinahı dörd quyudan, iki yeni axın xəttindən və dünya səviyyəli "Şahdəniz" lay-kollektoruna birləşdirilmiş çoxsaylı sualtı konstruksiyadan ibarətdir. Cinahın 2021-ci ilin üçüncü rübündə tam hasilat səviyyəsinə çatacağı gözlənilir”, - deyə məlumatda bildirilir.
“Bu, “Şahdəniz” çərçivəsində bu il üçün planlaşdırdığımız ən mühüm layihədir və biz buna COVID-19 pandemiyasının yaratdığı çətinliklərə və məhdudiyyətlərə baxmayaraq, təhlükəsiz, qrafikə və büdcəyə uyğun şəkildə nail olduğumuzdan çox məmnunuq”, - deyə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz qeyd edib.
Onun sözlərinə görə, yeni işə salınmış Şərq-Cənub cinahı oradakı iki manifolddan və “Şahdəniz-2” qurğularına çəkilmiş 40 kilometrdən çox uzunluğu olan axın xətlərindən istifadə etməklə “Şahdəniz” yatağından ümumi hasilat həcminə gündə təxminən 90 min barel neft ekvivalenti əlavə edəcək.
“Hazırda yataqdan gündəlik 58 milyon kubmetr qaz və 85 min barel kondensat hasil olunur”, - deyə məlumatda bildirilir.
“Şahdəniz” yatağının istismara verildiyi 2006-cı ildən etibarən yataqdan 140 milyard kubmetrdən çox qaz və 33 milyon tondan çox kondensat hasil edilib. Yatağın ehtiyatları təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat həcmində qiymətləndirilir.
Bu günədək “Mərhələ-2” çərçivəsində qaz hasilatı yatağın şimal cinahından həyata keçirilirdi. 2027-ci ilədək qərb, cənub-şərq, cənub-qərb və şimal-şərq cinahlarında quyular qazma işləri başa çatdıqdan sonra mərhələli şəkildə istismara veriləcək.
“Şahdəniz” konsorsiumunun səhmdarları 2013-cü il dekabrın 17-də Bakıda yatağın işlənməsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı imzalayıblar.
“Mərhələ-2” $28 milyard məbləğində qiymətləndirilir. Hasilatın illik həcmi 16 milyard kubmetr qaz təşkil edəcək. Bunun 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyənin qərb regionlarına nəql olunacaq.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət