2020-ci ilin sonuna Azərbaycanda təsdiq olunmuş qaz ehtiyatları 2,5 trilyon kubmetr həcmində qiymətləndirilir. Bu barədə Böyük Britaniyanın BP neft-qaz şirkətinin icmalında məlumat verilir. “İnterfaks-Azərbaycan”ın əldə etdiyi icmala əsasən, təsdiq olunan dünyanın qaz ehtiyatlarının ümumi həcmində 1,3% Azərbaycanın payına düşür. 2019-cu ilin sonuna Azərbaycanın qaz ehtiyatları da 2,5 trilyon kubmetr həcmində qiymətləndirilib.
Şirkətin məlumatına görə, 2020-ci ildə Azərbaycanda qaz hasilatı 25,8 milyard kubmetr (artım 6,2%), istehlakı – 11,9 milyard kubmetr (artım 0,8%) təşkil edib.
BP qeyd edir ki, 2020-ci ilin yekunları üzrə təsbit olunmuş dünya qaz ehtiyatları 2,2 trilyon kubmetr (1,2% - İF) – 2019-cu ilin sonuna olan 190,3 trilyon kubmetrdən 188,1 trilyon kubmetrədək azalıb.
2020-ci ildə regionlar arasında dünyada qaz ehtiyatlarının artımı yalnız Şimali Amerikada (0,4 trilyon kubmetr – 15,2 trilyon kubmetrədək), yalnız sadəcə Kanada hesabına (0,4 trilyon kubmetr 2,4 trilyon kubmetrədək) artımı qeydə alınıb.
2020-ci ildə qaz ehtiyatlarının daha çox azalması Afrikada – 2 trilyon kubmetr – 12,9 trilyon kubmetrədək Əlcəzair hesabına (- 2,3 trilyon kubmetrdək) olub.
Hesabata əsasən, ən iri qaz ehtiyatları olan ölkələr olaraq Rusiya (37,4 trilyon kubmetr), İran (32,1 trilyon kubmetr), Qətər (24,7 trilyon kubmetr), Türkmənistan (13,6 trilyon kubmetr), ABŞ (12,6 trilyon kubmetr) qalır.
2020-ci ilin sonuna MDB ölkələrində ümumi qaz ehtiyatları 2019-cu ilin sonuna 56,8 trilyon kubmetrə qarşı 56,6 trilyon kubmetr həcmində qiymətləndirilir. Həmçinin, Qazaxıstanda – 2,3 trilyon kubmetr, Özbəkistanda – 0,8 trilyon kubmetr təşkil edib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət