Ermənistanda yaradılan saxtakarlıqların, xüsusilə də tarixi xarakterli feyklərin ifşası ilə məşğul olan “VMedia” Youtube kanalında yeni film təqdim olunub.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi məlumata görə, bu filmdə azərbaycanlı memar erməni bloqerə cavab verərək İrəvan memarlığı, bu şəhərdə və bütün Ermənistanda Azərbaycan sivilizasiyasının izlərinin necə məhv edildiyi barədə məlumat verir.
“Dünyanın çoxəsrlik tarixə malik olan əksər şəhərlərinin öz qalası var. Turistlərə Moskvada Kremli, Qırmızı Meydanı, Sankt-Peterburqda Petropavlovsk qalasını, Bakıda İçərişəhəri, Tbilisidə Narınqalanı fəxrlə göstərirlər. Bütün məşhur qalalarda sizə onlara sahib olmuş imperiyaların necə dəyişdiyi və yeni sahiblərin fəth etdikləri qalalarda necə yeni bürclər, qalalar və qüllələr tikdikləri, onlardan əvvəl inşa edilənləri məhv etməyin isə ağıllarına gəlmədiyi barədə danışacaqlar”, - deyə filmdə qeyd olunur.
Bu gün İrəvanın öz “ürəyi” - qədim qalası və tarixi mərkəzi yoxdur. İrəvanın mərkəzində yalnız şəhərin baş planını hazırlamış memar Tamanyanın abidəsi var.
Filmdə azərbaycanlı memar qeyd edir ki, ABŞ-ın paytaxtı Vaşinqton Potomak çayının sahillərində yerləşir, bu çayı hindilər belə adlandırırdılar. Amerikaya köçən Avropa kolonistləri onun adını dəyişdirmədilər. Heç kim nə Missisipinin, nə Missurinin, nə də bir çox digər kiçik çayların adlarını dəyişmədi və hindilərin adlandırdıqları kimi saxladı. Amerikanın ən məşhur şəlaləsi də əvvəlki kimi Niaqara adlandırılır. Nyu-York mərkəzinin yerləşdiyi adanın adı da dəyişdirilməyərək Manhetten kimi saxlanılıb.
Ermənilər isə İrəvan xanlığının torpaqlarına köçərək Zəngi çayını Razdan, Arpaçay çayını Areni, Qızıl Qoç şəhərini Aşotsk, Qarakilsə şəhərini Sisian, Göyçə gölünü Sevan, İrəvanı Yerevan adlandırıblar və bu siyahını uzatmaq olar.
“Ya da İspaniyanı götürək. Ötən əsrlərdə burada Kordova xilafəti mövcud idi, ispanlar ərəbləri işğalçı hesab edirdilər, müharibə aparırdılar. Qrenadanı və Kordobanı azad edən ispanlar ərəb qalalarını, sarayları və suvarma kanallarını məhv etmədilər. Çünki bu, tarixdir!”, - deyə filmdə vurğulanır.
Ermənilər isə bütün bu tarixi - İrəvan, Zəngəzur və Qarabağda Azərbaycan irsi ilə bağlı olan hər şeyi məhv ediblər.*
İnformasiya şöbəsi
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət