Azərbaycan və Rusiya hökumətləri koronavirus pandemiyasının səbəb olduğu problemlər fonunda iki ölkənin biznes cəmiyyətinə dəstək göstərəcəklər. Bu barədə Rusiyanın iqtisadi inkişaf nazirinin müaavini Dmitri Volvaç cümə günü Rusiya biznesinin Bakıya işgüzar missiyası zamanı bildirib.
Volvaçın sözlərinə görə, koronavirus pandemiyası ticarət dövriyyəsinə, həmçinin Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinə təsir edib. Lakin tarix boyu formalaşan tərəfdaşlıq əlaqələri və biznesin dəstək proqramları hesabına ticarətin müsbət dinamikasını qorumaq mümkün olub.
2021-ci ilin 5 ayı ərzində Rusiya ilə Azərbaycan arasında ticarətin həcmi 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə 3,8% artaraq $1 milyard 16 milıyon təşkil edib. Rusiya ixracı 2,6% - $836,6 milyonadək, Azərbaycandan idxal 7,4% - $324,5 milyonadək artıb.
“Lakin biz anlayırıq ki, qarşılıqlı ticarət templərinin artırılması üçün ciddi potensial və qarşılıqlı əlaqə alətləri var. Azərbaycanda flaqman layihələrinin reallaşdırılmasını bunu sübut edir”, - o bildirib.
Nazir müavini vurğulayıb ki, Rusiya və Azərbayan sahibkarları iki ölkənin dövlət orqanları tərəfindən dəstəklənirlər. “Rusiya İxrac Mərkəzinin maliyyə və qeyri-maliyyə xidmətlərinin göstərilməsi üzrə kompleks instrumentarisindən istifadə imkanı mövcuddur, bu da ikitərfəli xarici iqtisadi layihələrin reallaşdırılmasına əlavə təkan verəcək”, - Volvaç əlavə edib.
İyulun 23-də, cümə günü Azərbaycan paytaxtında Rusiya müəssisələrinin işgüzar missiyası keçirilib. Missiya çərçivəsində “KAMAZ” PSC, “Strelka”, “RM Reyl” TM” MMC, “Sinara-Transportnie maşını” SC, “OKSO” MMC, “EVRAZ” Qrup, “Silovıe maşını” SC, “Kod bezopasnosti” MMC, “1520” tikinti-istehsalat holdinqinin xidmətləri, “QTLK” SC dövlət nəqliyyat-lizinq şirkəti, həmçinin “RJD Logistika” SC multimodal logistika operatorunun təqdimatları keçirilib.
Bu tədbir iki ölkənin xarici iqtisadi fəaliyyət iştirakçılarına Rusiya müəssisələrinin imkanları, məhsulları və texniki həlləri ilə tanış olmağa imkan yaradacaq. Tərəfdaşlara nəqliyyat, tikinti, maşınqayırma, metalluqrgiya və enerji sənaye, o cümlədən rəqəmsal texnologiyalar layihələri və məhsulları təqdim olunub.
Tədbir çərçivəsində Volvaç iki ölkənin işgüzar dairələrini əməkdaşlığının açılan imkanlarını nəzərdən keçirməyə çağırıb. “Aydındır ki, Rusiya və Azərbaycan konsrtuktiv dialoqda maraqlıdır. Burada bizim biznes cəmiyyətlərimiz mübət və birləşdirici rol oynaya bilər və bunu etməlidirlər”, - o əlavə edib. **
X.Nəsirzadə
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət