Cümə günü Bakıda Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev və “Roseksimbank” SC-nin İdarə Heyətinin sədri Azər Talıbov arasında Rusiya ilə Azərbaycan arasında dəmir yolu nəqliyyatı ilə malların qarşılıqlı tədarükünün fasiləsiz kanalının yaradılması məsələsi müzakirə olunub. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
“Rusiya-Azərbaycan logistika dəhlizinin yaradılması təşəbbüsü RİM Qrupunun və “RJD Logistika” SC-nin “Aqroekspress” Rusiya ixrac marşrutlarının inkişafı üzrə birgə layihəsinin hissəsi olacaq. Ortamüddətli perspektivdə layihənin uğurla başlanması “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin marşrutları ilə yük daşımalarnın həcmini artırmağa imkan verəcək, bu da Azərbaycanın nəqliyyat şəbəkəsinə əlavə tranzit yük axınını cəlb edəcək”, - Rusiya İxrac Mərkəzinin məlumatında qeyd olunur.
“Bu istiqamətdə Azərbaycandan həmkararla əməkdaşlıq qarşılıqlı maraq kəsb edir və hər iki ölkənin xarici iqtisadi fəaliyyətin düzgün iştirakçılarını müntəzəm dəmir yolu xidməti ilə təmin etməyə imkan yaradacaq. Biz şəffaf infrastruktur yaradırıq, hansı ki, həmçinin avtomobil magistralları sərhədində gömrük postlarının yüklənməsi ilə bağlı ağır vəziyyətin yüngülləşdirməyə imkan verəcək”,- Talıbov vurğulayıb.
“Məhsulların çatdırılması formatına tənzimlənmiş yanaşmanın təşkili bir sıra qarşılıqlı biri-birini tamamlayan tədbirlərin reallaşdırılması və iki ölkənin maraqlı olan dövlət strukturları və biznes nümayəndələrinin səlahiyyətlərinin konsolidasiyasını tələb edir. Layihənin reallaşdırılması zamanı vaqonların təqdim edilməsi, marşrutlarda mal yeridən infrastruktur nöqtələrinin müəyyən edilməsi, Rusiya və Azərbaycanın dəmir yoları administrasiyaları səviyyəsində qarşılıqlı əlverişli tarif dərəcələrinin razılaşdırılması, həmçinin nəzarət funksiyalarına zərər yetirmədən yüklərin buraxılması prosedurlarının komfortlu şərtləri və sürətləndirilməsi məsələləri birgə həll etmək lazımdır”, - öz növbəsində, Mustafayev deyib.
Həmsöhbətlər “Şimal-Cənub” layihəsini iki ölkənin ticarət əlaqələrinin inkişafı üçün prioritet kimi müəyyən ediblər.
“Bu, hər iki istiqamətdə taxıl, meyvə, kimya və kimya məhsulları, digər malların daşınması və boşaldılması üçün iqtisadi cəhətdən sərfəli və çatdırılma sürətinə görə məqsədyönlü marşrutdur. yüksək sürətlə rəsmiləşdirilməni təmin edən nəqliyyat xidmətləri və nəzarət prosedurlarının təkmilləşdirilməsi “Şimal-Cənub” dəhlizi ilə nəqliyyatın ümumi sürətini, yüklərin toplanma müddətini və distribyusiyasını artırmağa imkan verəcək”, - RİM-dən vurğulanır. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət