Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Ali Məktəbin xaricdə magistratura və doktorantura pilləsində təhsil alacaq 2021- ci il məzunları ilə görüşüb. Onları təbrik edən rektor hər biri ilə ayrı - ayrı maraqlanıb və tövsiyyələrini verib. Səmimi şəraitdə keçən görüşdə Elmar Qasımov vurğulayıb ki, məzunlar getdiyi ölkələrdə Azərbaycanı layiqincə təmsil etməlidirlər: “Hər biriniz həmin ölkələrdə Azərbaycanın intellektual əsgərləri olmalısınız. Sizin üzərinizdə şəhidlərimizin, Dövlətimizin, Xalqımızın haqqı var. Buna biganə yanaşmayın. Vətənimizi, Ali Məktəbimizi, ailənizi layiqincə təmsil etməlisiniz”.
Rektor məzunlara gedəcəyi ölkələrdə Azərbaycanın səfirlikləri, diplomatik nümayəndəlikləri ilə sıx əlaqədə olmağı tövsiyyə edib. Elmar Qasımov xüsusi vurğulayıb ki, eyni zamanda təhsil alacağınız universitetlərlə BANM arasında əlaqələrin qurulmasına səy göstərin: “Bir sözlə, Ali Məktəbinizi unutmayın. Dünya artıq Bakı Ali Neft Məktəbini tanıyır”.
Bu il BANM-in bakalavr və magistr məzunu olan 40 tələbə 16 xarici ölkənin universitetlərinə daxil olub. Həmin ölkələr arasında ABŞ, Almaniya, Kanada, Macarıstan, Norveç, Litva, Niderland, İtaliya, Estoniya, Belçika, Böyük Britaniya və Çexiya kimi ölkələrin məşhur ali təhsil müəssisələri var. Yeri gəlmişkən, builki məzunlardan 7 – si ABŞ – ın müxtəlif universitetlərində magistratura və doktoranturaya təqaüdlə, 6 – sı isə DAAD təqaüd proqramı ilə Almaniyanın müxtəlif ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət