“AzerGold” QSC yaxın 7 il ərzində Azərbaycanın qərbində Çovdar yatağı və onun yaxınlığındakı üç qızıl yatağından hasil olunan qızılın ixracından 1,3 milyard manat (cari məzənnə ilə $764,7 milyon) gəlir əldə etməyi ümid edir. Bu barədə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov məlumat verib.
“Növbəti 7 il ərzində (2022-2028-ci illər - İF) biz Çovdar yatağından və onun cinahları hesab olunan digər yataqlardan (Ağyoxuş, Tülallar və Mərəh) 475 min unsiya ixrac edə biləcəyik. Ağyoxuş, Tülallar və Mərəh yataqlarının avtonom formada işlənməsi iqtisadi cəhətdən məqsədəuyğun hesab olunmayıb, bu səbəbdən həmin sahələrdə hasil olunan qızıl filizi Çovdar sahəsinə göndəriləcək. Nəticədə, bu “AzerGold”a növbəti 7 ildə Çovdar da daxil olmaqla, həmin yataqlardan hasil edilən qızıl ixracından 1,3 milyard manat məbləğində əlavə gəlir əldə etməyə imkan verəcək”, - İbrahimov Azərbaycanın “Real TV” telekanlına müsahibəsində bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Həmçinin, İbrahimov məlumat verib ki, hazırda cəmiyyət üç qəzəl yatağını – Çovdar, Ağyoxuş və Mərəh yataqlarının işlənməsi ilə məşğul olur. Yaxın illərdə Tülallar yatağını iştifadəyə verilməsi planlaşdırılır.
“Bütövlükdə, “AzerGold”un 2020-2035-ci illər üçün inkişaf strategiyası bazasında hazırlanan Yol Xəritəsinə əsasən, cəmiyyət 2022-ci ilin sonunadək 5 qızıl yatağını, 2029-cu ilə qədər - əlavə daha 4 polimetal fizili yatağını, əsasən mis və sink yataqlarını istifadəyə verməyi planlaşdırır”, - İbrahimov məlumat verib.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət