Rusiyalı tarixçi, hüquqşünas və siyasi analitik Oleq Kuznetsov Ermənistan rəhbərliyinin Azərbaycanla sülh müqaviləsinin bağlanmasından imtina etməsinin və iki ölkənin sərhədində mövcud gərginliyin səbəblərini “İnterfaks-Azərbaycan” agentliyinə şərh edib.
“2020-ci ildə Qarabağ uğrunda Ermənistan-Azərbaycan müharibəsi Ermənistan ordusunun darmadağın edilməsi ilə başa çatdı. 2020-ci il noyabr ayının 10-da Moskvada Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırılması haqqında üçtərəfli bəyanat imzalandı. Azərbaycan Prezidenti İlham Əliyev bu münaqişəni “tarixin bir hissəsi” adlandırıb və Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif edib. Lakin Ermənistan tərəfi müharibədən sonrakı nizamlanma ilə bağlı bütün razılaşmaları pozaraq dövlət sərhədində hərbi təxribatlar törətməyə və Cənubi Qafqazda sülhün bərqərar olmasına xidmət edən bütün təşəbbüslərlə ziddiyyət təşkil edən bəyanatlarla çıxış etməyə davam edir”, - deyə Kuznetsov bildirib.
Siyasi analitik qeyd edib ki, üç ay bundan əvvəl ““Üçüncü” Ermənistan Respublikası Aqoniyası” adlı konseptual məqalə dərc edib. Məqalənin mahiyyəti bundan ibarətdir: “üçüncü” (daşnak və Sovet Ermənistanından sonra) və ya indiki Ermənistan Respublikası miatsum ideyasının – bütün Qafqaz ermənilərinin, ilk növbədə isə İrəvan və Qarabağ ermənilərinin bir ümumi dövlətə birləşdirilməsi ideyasının həyata keçirilməsi üçün yaradılıb.
“Ermənistan ordusunun darmadağın edilməsi və Qarabağın Azərbaycanın yurisdiksiyasına qaytarılması miatsum ideyasının üstündən xətt çəkərək Ermənistanın indiki formada mövcudluğunu mənasız etdi. Buna görə də o, Qarabağı geri qaytarmağa çalışır və bunun üçün malik olduğu güc, vasitə və imkanlardan istifadə edir”, - deyə rusiyalı ekspert hesab edir.
Kuznetsovun fikrincə, Qarabağ ətrafındakı hazırkı vəziyyətin və Azərbaycan-Ermənistan sərhədində gərginliyin əsas səbəbi müasir erməni dövlətçiliyinin konstitusiya-hüquqi əsasları ilə bağlıdır. Ermənistan Konstitusiyasında, 23 avqust 1990-cı il tarixli Müstəqillik Bəyannaməsində və hər şeyin ermənisayağı edildiyi digər sənədlərdəki hiylələr (bir sənəd digərinə, digəri üçüncüsünə istinad edir, nəticədə mahiyyət sanki maskalanıb, vitrində brend mal kimi qalmır, lakin eyni zamanda, dəyişməzdir) faktiki olaraq ermənilərin Qarabağ iddialarını “qanuniləşdirmək” cəhdidir. Məhz Ermənistan SSR Ali Sovetinin və DQMV Milli Şurasının “Ermənistan SSR-i və Dağlıq Qarabağın birləşməsi haqqında” 1 dekabr 1989-cu il tarixli birgə qərarı Ermənistanın müasir Konstitusiya qanunvericiliyi sisteminin təməl daşıdır.
“Ermənistanla Qarabağı yenidən birləşdirmək üçün yeni müharibəyə başlamaq məqsədilə Ermənistan-Azərbaycan dövlət sərhədi xəttində silahlı təxribatlar törətmək, sadəcə, fərdi təşəbbüs və ya ayrı-ayrı ordu komandirlərinin volyuntarizmi deyil, bütün erməni hərbçilərin konstitusiyada nəzərdə tutulan vəzifəsidir. Buna görə də nə Nikol Paşinyan, nə də başqa bir erməni dövlət xadimi Qarabağın Azərbaycan ərazisinin bir hissəsi kimi tanınması şərti ilə sülh müqaviləsini heç vaxt imzalamayacaq, çünki bu, ölkənin müasir hüquq sisteminin mahiyyətinə əsasən konstitusiyaya zidd olacaq. İndiki Ermənistanın Ermənistan-Azərbaycan dövlət sərhədinin demarkasiyası və delimitasiyası məsələsindəki mövqeyi də fərqli olmayacaq. “Üçüncü” Ermənistan Respublikası Qarabağ və ya onunla bağlı iddialar olmadan formal-hüquqi baxımdan mövcud ola bilməz”, - deyə Kuznetsov vurğulayıb.
Ekspertin fikrincə, beynəlxalq hüquq mütəxəssisi olan Prezident İlham Əliyev bunu çox gözəl başa düşür və buna görə də Ermənistana zeytun budağı uzadaraq yeni müharibəyə hazır olmağın zəruriliyini daim söyləyir.
Kuznetsov hesab edir ki, Ermənistan və onun rəhbəri Paşinyan üçün hadisələrin inkişafının iki variantı var.
“Yaranmış vəziyyəti hadisələrin inkişafının iki ssenarisi dəyişə bilər. Birinci variant - “dördüncü” Ermənistan Respublikasına keçid üçün Paşinyan hökumətinin həyata keçirdiyi qlobal Konstitusiya islahatıdır, bu halda “dördüncü” respublikanın Konstitusiya sənədlərində Qarabağın adı çəkilməməlidir. İkinci variant isə Azərbaycanla yeni müharibədir ki, bu da analoji siyasi-hüquqi nəticələrə, yəni “üçüncü” Ermənistan Respublikasının demontajına gətirib çıxaracaq, bu halda isə insan tələfatı və maddi itkilər daha çox olacaq. Qarabağ məsələsinin beynəlxalq səviyyədə tanınmış sərhədlər kontekstində yekun həllinin başqa yolu yoxdur. İndi seçim tamamilə İrəvanındır”, - deyə rusiyalı hüquqşünas vurğulayıb.*
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət