“Ermənistanın Azərbaycanla dövlət sərhədində vəziyyəti qəsdən gərginləşdirməsi, gözlənildiyi kimi, yeni “saxtakarlıqlar müharibəsi”nə səbəb olub. Erməni teleqram-kanalları və hətta ciddi KİV-lər “Azərbaycan qoşunlarının Ermənistan ərazisinə soxulması”, “dəf edilmiş hücumlar”, “vurulmuş pilotsuz təyyarələr” və s. haqqında “gurultulu” məlumatlar dərc edirlər, üçüncü ölkələrin informasiya agentlikləri isə jurnalist etikası normalarının tələb etdiyi kimi, bütün bunları “erməni tərəfinin iddia etdiyi kimi” və “Azərbaycan tərəfinin iddia etdiyi kimi” istinad və qeydlərlə dərc edirlər”, - deyə politoloq Fuad Axundov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Axundov sözlərinə davam edir: “Məsələ bundadır ki, təxminən 9 ay əvvəl Qarabağda 44 günlük müharibə başa çatdı. Bu müharibədə ermənilərin rəsmi “aqitprop”u çoxlu sayda gülünc feykləri ilə “şöhrət qazandı”. Məşhur Semyon Peqovun (WarGonzo) səsləndirdiyi “Mən Hadrutdayam, burada bir nəfər də olsun azərbaycanlı yoxdur” ifadəsi artıq klassikadır. Əgər erməni tərəfinə inansaq, ermənilər Şuşaya və Hadruta nəzarət edir, azərbaycanlılar “Cəbrayıl yaxınlığında darmadağın ediliblər” və s.”.
Politoloq qeyd edir ki, bütün müharibə dövründə Ermənistan Azərbaycan Ordusu tərəfindən heç bir şəhərin və ya rayon mərkəzinin azad edilməsini rəsmi olaraq təsdiqləmədi - yeganə istisna kapitulyasiya aktının imzalandığı 9-10 noyabr tarixi oldu, Ermənistan tərəfinin darmadağın edildiyini və Azərbaycan Ordusu tərəfindən Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının, Hadrutun və Şuşa şəhərinin azad edildiyini gizlətmək artıq mümkün deyildi.
“Müharibə zamanı bizi inandırmağa çalışırdılar ki, guya Türkiyəyə məxsus F-16 təyyarəsi Ermənistan ərazisində Su-30 təyyarəsini vurub. Təbii ki, nə radar məlumatları, nə peyk müşahidəsi, nə də raket qalıqları şəklində heç bir sübut təqdim olunmadı. Əksinə, məlum oldu ki, iki erməni təyyarəsi Azərbaycan ərazisi üzərində, o vaxt hələ işğal altında olan Kəlbəcər rayonunda dağa çırpılaraq qəzaya uğrayıb”, - deyə Axundov bildirib.
Daha bir erməni meqa-feyki guya Azərbaycan tərəfində döyüşən suriyalı muzdlular haqqında qorxulu nağıllar oldu - nə müharibə zamanı, nə də sonralar sübutlar təqdim olunmadı. Erməni tərəfi bununla bağlı yalanlarını ört-basdır etmək üçün bütün bu suriyalı muzdluları yeyən qarınqulu qabanlar barədə yalanlar uydurdular.
F.Axundov qeyd edir ki, Ermənistanda gündəlik həyat da feyklərlə doludur. Məsələn, hətta İrəvana gələn turistlər də erməni tərəfinin feyklərə müstəsna “sevgisindən” əmin ola bilərlər. İrəvan konyak zavodunun qülləsində həm rus, həm də erməni dillərində xatirə lövhəsi gözə çarpır: “Burada 1827-ci ildə böyük rus yazıçısı Aleksandr Sergeyeviç Qriboyedovun “Ağıldan bəla” adlı ölməz komediyası müəllifin özünün iştirakı ilə ilk dəfə səhnələşdirilmişdir”.
“Burada” sözü nə deməkdir? “Burada”, yəni harada? Konyak zavodunda? Düz onun qülləsində?
Hamıya məlum faktdır ki, tamaşa İrəvan xanlarının sarayında, vitraj-şəbəkəli və güzgü döşəməli möhtəşəm binada baş tutub. Lakin İrəvan qalası kimi, bu saray da, yeddi məsciddən altısı, ümumiyyətlə, İrəvanın bütün tarixi tikililəri dağıdılaraq yerində konyak zavodu tikilib.
“Dünya təcrübəsində belə hallar da olur ki, artıq bina yoxdur, amma orada baş verən hadisələrin şərəfinə xatirə lövhəsi durur. Məsələn, İsveçin Kalmar şəhərində bir zamanlar məşhur Kalmar uniyasının imzalandığı kilsə artıq yoxdur, ancaq bu hadisənin şərəfinə xatirə lövhəsi var. Bu lövhədə də göstərilir ki, nə vaxtsa burada bu tarixi hadisənin baş verdiyi kilsə olub. Moskvada Moskva Universitetinin ilk binasının yerində xatirə lövhəsi var. Binanın özü artıq yoxdur, lövhənin üzərində isə yazılıb: burada birinci bina yerləşib. Bu, dünya təcrübəsində hamı tərəfindən qəbul olunmuş üsuldur: bu yerdə filan hadisələrin baş verdiyi bina yerləşirdi və s.”, - deyə Axundov vurğulayır.
Lakin Ermənistan öz yolu ilə getdi. Xatirə lövhəsini “burada” sözü ilə zavod divarından asdılar.
“İndi sərhəddə gərginliyin artdığı bir vaxtda dünya KİV-ləri heç nə olmamış kimi erməni mənbələrinə istinad edir. Bunu necə başa düşək? Bu gün kimsə doktor Gebbelsin təbliğat idarəsinin materiallarına istinadları özündə əks etdirən tarixi araşdırmanı təsəvvür edirmi? Kimsə müntəzəm olaraq yalan və feykləri ifşa edilən sarı bulvar qəzetlərini etibarlı mənbə hesab etməyə hazırdırmı? Bunlar ritorik suallardır. Buna görə də qəribədir ki, dünya KİV-ləri nə üçün rəsmi erməni mənbələrini özlərinin “qara siyahı”sına daxil etməyə tələsmir?”, - deyə Axundov həqiqəti saxtakarlıqdan ayırd edə bilməyən dünya KİV-lərinin sadəlövhlüyünə təəccüblənir.*
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət